Geosiyasi risklər fonunda bazar ertəsi ticarət zamanı dollar/şekel məzənnəsi yeddi il yarımdan çox müddətdə ən yüksək səviyyəyə qalxıb.
İsrail Bankı bazara 30 milyard dollar xarici valyuta çıxarmağa - QƏRAR VERİB
FED.az xəbər verir ki, dollar-şekel məzənnəsi əvvəlki bağlanış səviyyəsindən 3.8388 şekeldən 1.79% artaraq 1 dollar üçün 3.9075 şekelə yüksəlib. Daha əvvəl ticarət zamanı məzənnə təxminən 2 faiz artaraq maksimum 3,923 şekel səviyyəsinə çatıb ki, bu da 2016-cı ilin fevralından bəri ən yüksək dəyərdir.
Bazar ertəsi İsrail Mərkəzi Bankı, münaqişənin şiddətləndiyi bir vaxtda bazarları dəstəkləmək üçün 30 milyard dollara qədər xarici valyuta satacağını bildirib.(Marja)