Citibank Rusiyada bankomatlar ilə xidmətini dayandırır.
Rusiya defolt narahatlıqları fonunda “Citibank”a - ÖDƏNİŞ EDİB
FED.az xəbər verir ki, kredit təşkilatından bildiriblər ki, ilin sonuna kimi bankın ölkədəki bütün bankomat şəbəkəsi söküləcək.
Qeyd edilib ki, əməliyyatlar onlayn (Citibank Mobile) və filiallarda aparıla bilər.
"Hörmətli müştərilər, sizə Citibank ATM-lərində xidmətin dayandırılması prosesinin başlanması barədə məlumat vermirik. Bütün ATM-lər 2023-cü ilin sonunadək söküləcək", - deyə bildirilib.
25 avqust 2022-ci il tarixində "Citigroup" şirkəti Rusiyada kiçik və orta biznes seqmentindən olan ticarət və korporativ müştərilərə xidmət etməyi tamamilə dayandırmaq niyyətində olduğunu bəyan edib. Qrup həmçinin kredit portfellərinin satışını da istisna etməyib. Biznesin sonlaşdırılması prosesi bu ilin üçüncü rübündə başlayacaq.
2021-ci ilin aprel ayında "Citigroup" şirkəti Rusiyada və digər 13 ölkədə ticarət biznesini məhdudlaşdırmağı planlaşdırdığını elan edib. Rusiya Ukraynaya hücum etdikdən sonra bir çox xarici banklar kimi "Citigroup" da Rusiyadan çıxacağını elan edib. (Marja)