Son dövrlər ağır iqtisadi böhran keçirən İranın milli valyutası rial – sürətlə dəyər itirməkdədir.
FED.az xəbər verir ki, bir neçə il əvvəl yaranan müvəqqəti sabitlikdən sonra rialın məzənnəsi yenidən azalır. Xüsusilə İsraillə müharibədən sonra İran valyutası dollar və manat qarşısında ucuzlaşıb.
Belə ki, müharibədən əvvəl İran da real məzənnələrdə 1 dollar 89 min rial idi. 1 manat isə 48 min riala dəyişdirilirdi.
İndi isə 1 dollar 93 min rialdır, manatın məzənnəsi isə 54 min riala yüksəlib.
Xatırladaq ki, yuxarıda göstərilən rialın dollar və manat qarşısındakı real məzənnələridir. Rəsmi məzənnələr isə bundan 2 dəfə azdır. Məsələn, rəsmi məzənnəyə görə, 1 dollar 42 min riala bərabərdir.