Bu gün tarixdə ilk dəfə olaraq Azərbaycan manatı (AZN) ilə Türkiyə lirəsinin (TRY) arasında rekord məzənnə qeydə alınıb.
S&P: İmamoğlunun həbsi Türkiyədə iqtisadi sabitliyə və lirəyə risk yarada bilər
FED.az xəbər verir ki, Azərbaycan və Türkiyə Mərkəzi banklarının açıqladığı rəqəmlərə görə, bir manat artıq 25 lirəyə satılır.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı məzənnədə bir Türkiyə lirəsi 0.04 manat edir. Türkiyə Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə, manatın alış qiyməti 24 lirə 77 quruş, satışı isə 25 lirə 9 quruşdur.
İndiyə kimi manatın lirəyə qarşı ən yüksək məzənnəsi 24.8 lirə olmuşdu. (Oxu.az)










