2018-ci ildə Azərbaycanda maliyyə sektorunun inkişaf etdirilməsi üçün ciddi addımlar atılıb. FED.azxəbər verir ki, bu barədə «Daşınar əmlaka əsaslanan maliyyə imknalarından faydalanaq» mövzusunda Bakıda keçirilən konfransda bildirilib. Tədbirin təşkilatçılarından olan Beynəlxalq Maliyyə Korporasiyasın Azərbaycan nümaynədəsi Aliyə Azimova bildirib ki, Azərbaycanda xüsusilə daşınar əmlaka əsaslanan əməliyyatlarla bağlı qanunun qəbul edilməsi və daşınar əmlakların qeydiyyatı üzrə reyestrin yaradılması ən fundamental addımlar sayılır.
Bu addımlar Dünya Bankının «Doing Business» hesabatında da əksini tapıb. A.Əzimova bildirib ki, növbəti addım daşınar əmlakla əməliyyatların genişləndirilməsi və yeni məhsulların hazırlanmasıdır: «Maliyyə institutları bu məhsulların növləri və onlarla bağlı bilik və bacarınların artırmalıdırlar.
Dünya təcrübəsi göstərir ki, daşınar amlaka əsaslanan əməliyyatlar əlavə maliyyələşmə imkanları yaradır».
Eləcə də bax: Maliyyə Palatası: Azərbaycanda milli reytinq agentliyi yaradılır
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədrinin müavini
Asim Zülfüqarov bildirib ki, kredit imkanlarının artırılması ilə bağlı araşdırmalarda məlum olub ki, böyük əmlaklar paytaxtda cəmləşib. Daşınar əmlakın yüklülüyü ilə bağlı yni mexanizmlərin işə düşməsi bu problemlərin həllinə imkan verəcək.
A.Zülfüqarov bildirib ki, hazırda bu reyestrdə yüklü edilmiş daşınar əmakların sayı 36 mindən artıqır: «Burada yüklü edilən əmlakların byöük hissəsi kənd təsərrüfatı məhsulları və istehlak mallarıdır».
MBNP nümayəndəsi bildirib ki, yeni mexanizmlərdə paralel olaraq nortativ hüquqi baza da formalaşdırılır: «Qaydaya görə, daşınar əmlakın qiyməti onun müqabilində alınan kreditdən 150 manat artıqdırsa, bu artıq təminatlı kredit sayılır. Beləliklə, maliyə təşkilatlarının bu sistemdən istifadəsi üçün imkanlar var».
«Sual oluna bilər ki, təminatlı kredit olduğu halda bunun üstünlükləri nədir?. Bu həm borcalan limitlərini müəyyənləşdirilməsində, həm də kreditləşdirmədə daha yumşaq yanaşmanı təmin edə bilir. Yəni həm normativ hüquqi çərçivə, həm də qanunvericilik bazası imkan verir ki, maliyyə təşkilatlarımız kredit verərəkən daşınar əmlakların reyestrinin xidmətindən aktiv şəkildə istifadə edə bilsinlər»-deyə Palata nümayəndəsi bildirib.
A.Zülfüqarov bildirib ki, beynəlxalq araşdırmalar da göstərir ki, daşınar əmlak yüklülüyü reyetrinin yaradılması iqtisadiyyatın və maliyyə bazarlarının artırmına şərait yaradır.
Məsələn, Bosniya və Hersoqovina və belə mexanizmlərin tətbiq edildiyi başqa ölkələrin də təcrübəsi göstərir ki, belə reyetrin yaradılması kredit bazarın ildə təqribən 8%-dən çox artımına şərait yaradır.