2015-ci ildə illik 1 trilyon həcminə yaxınlaşmış elektron ticarət Azərbaycanda necədir ? Hansı ortaq səhvlər var ?
Bu vaxta qədər bir çox elektron ticarət şirkətlərində söhbətlərdə oldum, öz fikirlərimi bölüşdüm. Bir çoxu nəticələr çıxardı ancaq böyük əksəriyyəti öz biliklərini dəyişmək istəmədi və nəticədə mağazaları bağlandı. Böyük məbləğdə ziyana getdilər. Bu yazıda ortaq səhvləri paylaşmağa çalışacam.
Biznes növü: Müəyyən olunmamış biznes növü (B2C, B2C Bazar yeri, C2C, Elanlar və s.) bir çox e-ticarət şirkətlərinin ortaq problemidir. Soruşanda ki, nə etmək istəyisiniz ? Bütün növ elektron ticarətin funksiyalarını sayırlar. Həm məhsul yükləmə olacaq, həm açıq artırma olacaq, həm elanlar olacaq, həm iş axtarma olacaq. Dostlar belə biznes olmur. Ən sadə halından başlayıb yavaş-yavaş böyümək əvəzinə hər şeydən olsun məntiqi işlərin dolaşmasına və içindən çıxılmaz bir hala gətirib çıxarmasına səbəb olur. Bunun əsas səbəbi də elektron sözünə aldanmaqdır. Əslində isə ticarət elektron platformada da olsa elə ənənəvi ticarətdir.
Texnologiya seçimi: İnvestisiyanın böyük əksəriyyətini platformanın texniki tərəfinin hazırlanmasına xərcləyir. İşə illik 50.000 AZN-lik bütcə nəzərdə tutulur, 30.000AZN-sini aparılıb verir ki, proqramist bizə 0-dan elektron ticarət platforması hazırla (yəni biz yeyə bilmirik sən ye). Soruşanda Opencart, Magento, Prestashop, Shopify, Eticaretqur kimi platformaları niyə seçmədin ? Bizə yaramadı. Əslində ənənəvi elektron ticarət platformalarının bütün ehtiyaclarını bu sistemlər qarşılayır. Hər birində minlərcə bir birindən gözəl dizaynlar var. Müştəri üçün fərqi yoxdur eticarət platforması 0-dan hazırlanıb yoxsa hazır platforma istifadə olunub. Əsas olan uyğun qiymətə, keyfiyyətli məhsulun vaxtında gəlib çatmasıdır. Məhz bu səbəbdən texnologiya seçiminə az pul xərcləyib əsas resursu marketinqə və satışa saxlamaq lazımdır.
Vergi: Ölkəmizdə elektron ticarətlərin çoxu sədərək və binədən uyğun qiymətli məhsulları alıb, alıcılara çatdıraraq biznes edir. Amma sədərəkdə bir çox satıcıdan məhsul alarkən faktura almaq çətin məslədir. Əgər siz və satıcı arasında VÖEN əsasında müqavilə bağlanmayıbsa, fakturasız məhsulların satışlarından çıxacaq cərimələr məhz e-ticarət şirkətinin üstündə qalacaq. Vergi müfəttişləri audit zamanı satılan məhsulların fakturasız olduğunu aşkarlasa hazır olun böyük cərimələr sizləri gözləyir, hətta həbs qəti imkan tədbiridə seçilə bilər. Məhsulun əsas sahibini bəhanə edə bilib vəziyyətdən çıxa bilməyəcəksiniz. Çünki məhsulu alıcıya siz satırsınız.
Konsultasiya: Elektron Ticarət mağazası açmamışdan qabaq mütləq bu sahənin peşəkarları ilə məsləhətləşin, konsultasiya xidməti alın. Əsla Webmaster-lərdən bu məsləhətləri sizə verəcəyini gözləməyin. Webmasterin işi ödəməni alıb texniki tərəfini sizə təhvil verməkdən ibarətdir. Ağlınızda olan elektron ticarət məntiqini büdcə planlamasını, texnologiya seçimini, marketinq strategiyasını, biznes növü, işçilərin təlimi kimi bir çox başlıqlarda dəyərləndirmək lazımdır. Konsultant sizlərə bu mövzularda kömək edəcək.
Bunuda oxu: Bu qurumlar büdcəyə yükdür - RƏY