2023-cü ilin yanvar-iyun aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,6% - 12 milyard 748,8 milyon manatadək artıb.
Azərbaycanda 6 bank filialı və 10 bank şöbəsi - BAĞLANIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunda əhalinin banklardakı əmanətləri 348,1 milyon manat artıb.
Yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 13,3% - 8 milyard 87,4 milyon manatadək (bütün əmanətlərin 63,4%-i) artıb. İyun ayında milli valyutada əmanətlərin həcmi 400,6 milyon manat artıb.
Yanvar-iyun aylarında əhalinin xarici valyutada bank əmanətləri 1,3% - 4 milyard 661,36 milyon manatadək və ya bütün əmanətlərin 36,6%-i səviyyəsində artıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). İyunda əhalinin xarici valyutada bank əmanətləri 52,5 milyon manat azalıb.
Yanvar-iyun aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 423,2 milyon manat (artım 8,1%), qeyri-rezidentlərin – 1 milyard 325,58 milyon manat (artım 12,9%) təşkil edir.
2023-cü il iyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 34 milyard 512,9 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,8% azdır. (İnterfaks-Azərbaycan)