14 dekabr 2016-cı il tarixinə olan məlumata əsasən, dövriyyədə olan notların həcmi 109 milyon manat təşkil edir. Halbuki, notların tədavülə buraxılmasından 2 ay belə keçməyib. Fins.az xəbər verir ki, ötən illərdə işlək olmayan notlar üzrə son faiz dərəcəsi 14,99% təşkil edib.
Rəqəmlərin təhlili göstərir ki, 15 oktyabr 2014-cı ildən 29 oktyabr 2014-cı ilə qədər dövriyyəyə not ümumiyyətlə emissiya olunmayıb. Bunun əsas səbəbi həmin müddətlərdə dövriyyədə manat artıqlığının müşahidə olunmamasıdır. 30 oktyabr 2014-cü ildə isə notun emissiyası cəmi 10 milyon manat olub və həmin gündən notların həcmi dövriyyədə artmağa başlayıb. 28 noyabr 2014-cü il tarixinə notların həcmi 30 milyon 10 min manata qədər çoxalıb. Sonra yenidən azalma müşahidə olunub və tədricən notlar dövriyyədən çıxıb. 6 mart 2015-ci il tarixinə notların emissiyası sıfır həddinə enib. Manatın devalvasiyası nəticəsində isə notların yeni dövrü başldı, gec də olsa. Beləki 2 noyabr 2016-cı ildə notların dövriyyədəki həcmi 50 milyon manat təşkil etsə də, həmin ilin 16 noyabrında 107 milyan 60 min manat, 30 noyabrında 112 milyon 230 min manat həcminə qədər artıb. Lakin 7 dekabr 2016-cı ildə bu həcm 88 milyon 750 min manata qədər azalıb. Amma notların emissiyası yenidən artırılaraq 14 dekabr 2016-cı il tarixində 109 milyon manata çatdırılıb.
Notlar ürzrə faiz dərəcələri də müxtəlifdir. Beləki, 15 oktyabr 2014 cü ildən 6 mart 2015-ci ilə qədər notların faiz dərəcəsi 1.05% ilə 0.91% arasında dəyişib. Lakin manatın devalvasiyasından sonra 2 noyabr 2016-cı ildə not üzrə faiz dərəcəsi 14.7%-ə qalxıb. Həmin ilin 16 noyabrında bu 14.50%, 30 noyabrında isə 14.99% təşkil edib. 7 dekabr 2016-cı il tarixində bu faiz dərəcəsi 14.25%-ə qədər enib. Lakin not üzrə faiz dərəcəsi yenidən artaraq 14 dekabr 2016-cı ildə 14.99%-ə yüksəlib.
fins.az©