Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.
Neft Fondunun Şahdəniz yatağı üzrə gəlirləri 2 dəfəyə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 214,1 milyon manat və ya 40,2% azdır. 2025-ci ilin birinci rübündə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat olmuşdu.
Hesabat dövründə Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 1 milyard 802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub. Bunlar da ötən ilin sonu ilə müqayisədə müvafiq olaraq 449,2 milyon manat (19,9%) və 764,9 milyon manat (1 912 dəfə) azalma deməkdir.













