Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında (8 ay) dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat vəsait daxil olub.
Bankların kreditləşmə siyasətinin yumşalması və kreditlərə tələbin artması davam edib - SORĞU
FED.az xəbər verir ki, büdcədən 20 milyard 649,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 218,5 milyon manatlıq kəsir yaranıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında (7 ayda) dövlət büdcəsinə 18 milyard 766,6 milyon manat vəsait daxil olmuş, dövlət büdcəsindən 17 milyard 620,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq profisit (artıqlıq) yaranmışdı.