Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar.
FED.az xəbər verir ki, bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir.
Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək mübadilə kursu təklif edir - 1.7050.
Dollar satışının sabit qalması “Paşa Holding”in bank qrupuna daxil olan iki bankda müşahidə edilir. Belə ki, “Paşa Bank” və “Kapital Bank” məzənnəni dəyişdirməyərək 1.7020 səviyyəsində saxlayıblar. Eyni zamanda, dövlət bankı olan “Azər-Türk Bank” da dolların satış kursunu artırmayıb. Digər 12 bank isə satışı 1.7030 kursu ilə həyata keçirirlər.
|
Avro |
|
||
|
Alış |
Satış |
Alış |
Satış |
AccessBank |
1.6990 |
1.7030 |
1.9036 |
1.9618 |
Afbank |
1.7000 |
1.7025 |
1.9285 |
1.9570 |
AGBank |
1.6950 |
1.7030 |
1.9173 |
1.9629 |
Amrahbank |
1.7010 |
1.7030 |
1.9400 |
1.9550 |
AtaBank |
1.6980 |
1.7025 |
1.9270 |
1.9600 |
Azərbaycan Beynəlxalq Bankı |
1.6970 |
1.7030 |
1.9227 |
1.9511 |
Azərbaycan Sənaye Bankı |
1.6990 |
1.7020 |
1.9250 |
1.9650 |
Azər-Türk Bank |
1.6970 |
1.7020 |
|
|
Bank Avrasiya |
1.6990 |
1.7025 |
1.9250 |
1.9600 |
Bank of Baku |
1.7000 |
1.7030 |
1.9300 |
1.9800 |
Bank BTB |
1.6980 |
1.7030 |
1.9340 |
1.9580 |
Bank Respublika |
1.6970 |
1.7030 |
1.9330 |
1.9520 |
Premium Bank |
1.7000 |
1.7030 |
1.9340 |
1.9520 |
Bank VTB |
1.6990 |
1.7025 |
1.9280 |
1.9560 |
Expressbank |
1.6995 |
1.7030 |
1.9390 |
1.9520 |
GünayBank |
1.7012 |
1.7030 |
1.9330 |
1.9570 |
Xalq Bank |
1.6990 |
1.7020 |
1.9130 |
1.9720 |
Kapital Bank |
1.6970 |
1.7020 |
1.8730 |
2.0025 |
Melli İran Bankı Bakı filialı |
1.6980 |
1.7025 |
1.9200 |
1.9500 |
Muğanbank |
1.6970 |
1.7025 |
1.9190 |
1.9660 |
Naxçıvanbank |
1.6995 |
1.7050 |
1.9133 |
1.9560 |
NBCBank |
1.6970 |
1.7030 |
1.9300 |
1.9600 |
Nikoyl Bank |
1.7000 |
1.7030 |
1.9350 |
1.9550 |
Pakistan Milli Bankının Bakı Filialı |
1.6950 |
1.7030 |
|
|
Paşa Bank |
1.6975 |
1.7020 |
1.9270 |
1.9670 |
RabitəBank |
1.6990 |
1.7030 |
1.9220 |
1.9640 |
Turanbank |
1.7005 |
1.7025 |
1.9372 |
1.9512 |
Unibank |
1.6990 |
1.7030 |
1.9288 |
1.9560 |
Yapı Kredi Bank Azərbaycan |
1.6975 |
1.7025 |
1.9036 |
1.9813 |
Ziraat Bank Azərbaycan |
1.6980 |
1.7030 |
1.9230 |
1.9620 |
Azərpoçt |
1.6990 |
1.7025 |
1.9100 |
1.9470 |
Məzənnəni qaldırmış banklardan bir neçəsi ilə söhbətimiz zamanı məlum oldu ki, kursun yüksəlməsi dollara tələbatın artması ilə bağlı olub. Bankların valyuta ilə təminatında isə heç bir problem olmadığından müştərilər istədikləri qədər dollar ala bilirlər.
Məlumdur ki, Azərbaycanda bir neçə bank gəlirlərini məhz mübadilə kursu üzərində qurub. Ancaq bir qrup banklar da var ki, onlar mübadilə əməliyyatlarından qazanca çox böyük üstünlük vermirlər. Lakin bu banklar da dolların satış kursunu artırıblar. Bunun səbəbinə gəlincə, maraqlı da olsa, qeyd edək ki, banklar əlindəki dolları satmaq istəmirlər. Niyə?
İlin sonuna yaxın idxal əməliyyatları ilə əlaqədar olaraq bankların dollar satmaqda maraqlı olmadığını nəzərə alsaq, satış kursunun qalxmasında həm də bu amilin təsirini görə bilərik. Başqa sözlə, banklar əlindəki valyutanı müştərilərinin il yekununda idxal əməliyyatları üçün ödəmələrə və turizm məqsədləri üçün ehtiyat saxlamaq üçün xərcləmək istəmirlər.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda dollara tələbatın artması ancaq psixoloji faktorlarla bağlı olur. Bu ilin yazında Rusiya və Türkiyədə milli valyutaların bahalaşması nəticəsində mart-aprel aylarında dollar almaq istəyənlərin sayı kəskin artsa da, ölkənin monitar siyasətini həyata keçirən Mərkəzi Bank bu süni amili cilovlamağa və dollara tələbatın tam ödənilməsinə imkan yaratdı.
İqtisadçı ekspertlərin bir qismi isə ölkənin tədiyyə balansındakı profisiti nəzərə alaraq, dolların bahalaşmayacağını proqnoz edirlər.