Vaxtilə seçkilərin formal olduğu dövrü yaşamış Şərqi Avropa ölkələrinin sakinləri demokratiya və real seçkilərin gətirdiyi üstünlüklərdən öz bildikləri kimi yararlanırlar.
FED.az xəbər verir ki, Bolqarıstanda bəzi şəhərlər və kəndlərin sakinləri seçki zamanı öz səslərini satmağa üstünlük verirlər. Bu hal artıq biznesə çevrilib, səsvermə prosesinə və seçkilərin nəticələrinə təsir etməyə başlayıb.
Məsələn Bolqarıstanın mərkəzindəki Bukovlak kəndinin sakinləri 2014-cü ildə səslərin 80%-ni «Azadlıq və hüquq uğrunda mübarizə» partiyasına vermişdilər. Amma 3 il sonra 2017-ci ildə demək olar ki, bütün səsləri QERB (konservativ) partiyası ələ keçirdi.
Dunay sahilindəki Dolni sibar kəndində isə 2014-cü ildə seçici fəallığı cəmi 1% olduğu halda 2017-ci ildə seçicilərin 62%-i intizamla seçkilərə geib səslərini veriblər. Səslərin də 55%-ni yenə də QERB partiyası alıb. Bu sahəni araşdıranlar əvvəlcə rəqəmlərdə səhvin olduğunu düşünüblər, amma sonradan bunun həqiqət olduğu aşkarlanıb. İ partiə QERB nabrala 55% qolosov".
Bolqarıstandan olan data analitiki Nikola Tuleçki seçki nəticələrini analiz edərək sakinləin öz səslərini satdıqlarını müəyyən edib. Bolqarıstan Avropanın ən kasıb ölkəsidir və 7 milyon əhalinin bir hissəsi səslərini satmaq üçün seçki xəbərlərini diqqətlə izləyir, səbirsizliklə növbəti seçkiləri gözləyir və səsləri kimə, neçəyə satacaqlarını götür-qoy edirlər.
Səslərin təqribi qiyməti də məlumdur. Müşahidələr və araşdırmalar göstərir ki, 2014-cü ildə bir səsə görə 30-50 lev ödənilirdi (15-25 avro), 2017-ci ildə isə qiymətlər 100 levi keçib. 2021-ci ildəki seçkilərdə daha yüksək qiymətlərin olacağı gözlənilir.
Yeri gəlmişkən, seçkilərdə səsləri pulla almaq partiyalar üçün də sərfəlidir. Belə ki, qanuna görə, parlament seçkilərində 1%-lik həddi keçən partiyalar hər seçiciyə görə dövlətdən 8 lev alırlar. Əhali sayı çox olmadığı ölkədə isə hər səs vacibdir.