Zimbabvedə qeyri-adi iqtisadi problemlər bir-birini əvəzləməkdədir. FED.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika ölkəsində bu dəfə pasport çapı üçün gerb kağızı qurtarıb. Yeni kağız partiyasının ölkəyə yalnız 2021-ci ildə gətirilməsi gözlənilir, pasport almaq üçün növbəyə dayananların sayı isə 280 min nəfəri keçib.
Nəticədə yüz minlərlə insan xaricə səfər edə bilmir, eləcə də hüquqi sənədlərin rəsmiləşdirilməsi zamanı, o cümlədən bank hesabı açmaq üçün öz şəxsiyyətlərini təsdiqləyə bilmir
Amma pasport qıtlığana görə, ən böyük problemlə üzləşənlər zimbabveli biznesmenlərdir. «Mən biznesimlə əlaqədar olaraq Zimbabvedən hər ay 3-4 dəfə qonşu ölkələrə çıxıram. İndi elə vəziyyət yaranıb ki, pasportumun bütün vərəqləri dolub, və möhür vurmaq üçün yer qalmayıb. Amma yeni pasport ala bilmirəm ki, biznesmlə məşğul olum»-deyə Çad Şavanda adlı iş adamı bildirib.
Yeni paspot almaq üçün müraciət edənlərə isə bildirilir ki, ən yaxın vaxtda 2021-ci ildə yeni pasport ala biləcəklər. Bununla yanaşı, məmurlar buna da zəmanət vermirlər.
Zimbabvenin «263chat» portalı xəbər verir ki, pasport almaq istəyənlərin sayf 280 mini keçib. Öz növbəsində pasport idarəsinin əməkdaşları etiraf edirlər ki, gün ərzində maksimum 80 pasport çap etmək mümkündür. Məmurlardan biri etiraf edib ki, ölkə ciddi iqtisadi problemlər yaşayır və hökumətin pulu xərcləmək üçün daha vacib sahələri var. Zimbabvedə istehsal olunmayan gerb kağızının alınması isə həmin vaxib sahələrdən sayılmır.
«Pasport avatarları peyda olub»
Ölkədəki yeni pasport defisiti Zimbabve iqtisadiyyatında yeni peşənin yaranmasına səbəb olub. Söhbət qüvvədə olan pasportların sahibəndən və onların göstərdiyi xidmətdən gedir.
Ölkənin paytaxtı Hararada belə xidmətlərin bürosu yaradılıb. Burada biznesmenlər və iş adamları, hansı ki, ölkəni tərk edə bilmirlər, öz əvəzinə xaricə pasportu olan adamları göndərirlər. Pasportu olan həmin şəxslər iş adamlarının adından lazımi əməliyyatları aparır və buna görə yaxşı ödəniş alırlar.
Onların arasında digər təmsilçilik xidməti göstərən şəxslər də var. Onlar təkcə iş adamlarına xidmət etmirlər, belələrinin işi, pasportu olmadığına görə ölkəni tərk edə bilməyənləri xeyir-şərdə – toy və ya dəfn mərasilərində təmsil etməkdir.
Belə ki, qohumlarının şad və ya matəm günlərində ölkədən çıxa bilməyən şəxslər həmin mərasimlərdə iştirak etmək üçün öz əvəzinə pasportu olanları göndərirlər. Sonuncu toyda və ya dəfndə, masa arxasında pasportsuz qohumun yerini tutur. Paytaxtda bildirirlər ki, belə pasport avatarlarının xidmtinə böyük tələbat var.
Bəzi şəxslərin isə pasportu var, amma burada möhür vurmaq üçün yer qalmayıb. Onlar sərhədi keçəndə yeni möhürü pasportun qapağına vurdururlar. Sonra isə onu silib, yenidən xaricə çıxanda istifadə edirlər.
Prooblemin miqyası
Qeyd edək ki, Zimbabvedə pasport probleminin yaranması təsadüfi deyil. Ölkədə əsl iqtisadi böhran var. Ötən həftə Zimbabvedə enerji tarifləri 320% yüksəlib. Hazırda müəssisələrdə və evlərdə enerji gün ərzində 18 saat kəsilir. Nəticədə bəzi müəssisələr enerjiyə tələbatın aşağı olduğu saatlarda – gecələr işləməyə çalışırlar.
Prezident Emmerson Mnanqaqva isə oktyabrın 1-də çıxışı zamanı xalqı iqtisadi böhrandan çıxana qədər səbrli və təmkinli olmağa çağırıb. Prezident etiraf edib ki, ölkə iqtisadiyyatı yarım ölü vəziyyətdədir.
Öz növbəsində Zimbabvedə maliyyə hesabatlılığı sektorunun requlyatoru - İctimai mühasiblər və auditorlar Şurası elan edib ki, milil iqtisadiyyat hiperinflyasiya mərhələsindədir. Bu son 20 ildə ikinci böhrandır.
Zimbabvedə ilk qiymət artımı 2005-ci ildə - ağdərili fermerlərin torpaqlarının müsadirə edilməsi ilə başlayıb. Həmin vaxt başlayan inflyasiya 2008-ci ildə pik həddə çatıb - 500 milyard faiz!. O vaxt 1 ABŞ dolları 2 621 984 228 Zimbabve dollarına bərabər idi. Bunun nəticəsi olaraq milli valyuta çökdü və ölkədə ABŞ dollarının dolanmasına iazə verildi.
2019-cu ilin iyununda isə Zimbabve Mərkəzi Bankı milli valyutanı yenidən dövriyyəyə buraxdı və xarici valyutadan istifadəni qadağan etdi. Həmn vaxt Mərkəzi Bankın təyin etdiyi məzənnəyə görə, 1 Zimbabve dolları 1 ABŞ dollarına bərabər oldu. Amma Zimbabve dolları sürətlə ucuzlaşıb və ötən həftənin sonunda 1 ABŞ dolları artıq 361 Zimbabvee dollarına bərabər idi. Maliyyə Nazirliyi isə elan edib ki, noyabrda ölkədə yeni pul vahidi buraxılacaq.