Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir - ADLAR
FED.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
Gündəlikdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və bir sıra qanunlarda dəyişiklik edilməsi, həmçinin birinci oxunuşda Miqrasiya Məcəlləsinə və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilməsi məsələləri yer alıb.