10.11.2023-cü il tarixində kredit borcların qaytarılması üzrə xidmətlər göstərən “BOA AGENCY” ASC-nın səhmdarların ümumi yığıncağının növbədənkənar iclası keçiriləcəkdir.
“BOA Agency” səhmləri üzrə - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin nizamnamə kapitalının artırılması.
2. Xalqbank ASC ilə kredit müqaviləsinin təsdiqi.
3. Digər məsələlər.
Ümumi yığıncaq Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində keçiriləcək.
"BOA Agency" ASC-nin səmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).