Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu 5 355 layihənin maliyyələşdirilməsinə 290,4 milyon manat güzəştli kredit verib.
Bu barədə FED.az-a Fonddan bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,4 % və 54,3 % çoxdur.












