Bakının Nəsimi rayonundakı 50 min mənzildən 13-nin qeydiyyatı olmadığına görə, həmin mənzillərdən vergi yığa bilmirik. Halbuki, yığa bilsək, bələdiyyə büdcəsini 3 dəfə artıra bilərik. Bu barədə FED.az-a Bakının Nəsimi rayon bələdiyyəsinin sədri, bu sahədə aktiv fiqurlardan olan Nazim Qaraxanov bildirib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi Əmlak vergisinin yalnız çıxarışı («kupça»sı) olan mənzillərdən yığılması ilə bağlı açıqlama yayıb. FED.ax xəbər verir ki, açıqlamada nazirlik bildirir ki, mülkiyyəti təsdiq edən sənəd yalnız çıxarış olduğuna görə, bələdiyyələr tərəfindən yığılan əmlak vergisi də məhz həmin mənzillər və evlərdən yığıla bilər.
Eləcə də bax: Vergilər Nazirliyi: "Kupça"sı olmayan evlərə görə əmlak vergisi ödənilməməlidir
Xatırlaaq ki, təqribi hesablamalara görə, hazırda ölkədə evlərin yarıdan çoxunun rəsmi qeydiyyatı yoxdur, hətta bəzən bunun üçün ilkin sənədləri olmayan vətəndaşlar da ev və mənzillərini rəsmiləşdirməyə tələsmirlər. Belə vəziyyətdə bələdiyyələr əmlak vergisini yığarkən, pulu təkcə kupçası olanlardan deyil, digər əmlaklardan da toplayırlar. Vergilər Nazirliyinin açıqlaması isə vəziyyəti dəyişir. Bu açıqlama kupçasız evlərin sakinlərinin vergi ödəməsinidaynadırmaqla yanaşı, həm də binaların təhvil-təslimini də gündəmə gətirib.
Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov FED.az-a açıqlamasında bilirib ki, bələdiyyələr (ən azı Nəsimi bələdiyyəsi – FED.az) onsuz da «kupça»sı olmayan mənzillərdən vergi almırdılar: «Qanuna görə, vergi xüsusi mülkiyyətdə olan əmlakdan yığılmalıdır. Xüsusi mülkiyyəti də təsdiqləyən yeganə sənəd kupçadır».
Bələdiyyə sədri bildirir ki, doğrudur, Mənzil Məcəlləsində göstərilir ki, vətəndaş binanın, evin, mənzilin, qarajan və sair. Haqqını tam ödədikdən sonra həmin əmlaklar onun mülkiyyəti sayıla bilər: Amma bu əsas vermir ki bələdiyyələr bunu əsas tutaraq vergi yığsınlar. Deməli yalnız çıxarışa olan mənzillərdən vergi tutulmalıdır».
N.Qaraxanov etiraf edir ki, yenilik indiyədək qeydiyyatsız mənzillərdən vergi yığan bələdiyyələrin gəlirini azalda bilər. Belə vəziyyətdə çıxış yolu yeni tikilən binaların təhvil verilməsi və buradakı mənzillərin «kupça»laşdırılmasıdır.
Eləcə də bax: "Sadələşdirilmiş vergi ödəyicilərində uçot qənaətbəxş deyildir" - SƏBƏBLƏR
Bələdiyyə sədri təklif edir ki, əvvəla, təhvil-təslimə getmiş, yəni istismara qəbul edilmiş binalardakı mənzil sahibləri məcbur edilsin ki, onlar öz mənzillərinə kupça alsınlar: «Yəni bina təhvil verilibsə və vətəndaşın kupça almaq imkanı varsa, artıq məsuliyyət onun düşür. Binada bir nəfərin kupçası varsa, deməli, o birilər də almalıdır. Həmin sakinlər məcbur və təşviq edilməlidir ki, kupça alsınlar».
Qeyd edək ki, Rusiyada belə hallarla bağlı hökuməin mövqeyi sərtdir. Belə ki, ilkin sənədləri olan, yəni evini qeydiyyatdan keçirmək üçün heç bir hüquqi problemi qalmayan, amma buna baxmayaraq hələ də kupça almayan şəxslərə qarşı cərimələr nəzərdə tutulur. Bələdiyyə sədri bildirir ki, bu qaydanın Azərbaycanda da tətbiq edilməsi yaxşı olar.
Bundan başqa, Bakıda indiyədək tikilmiş, hazır olan, hətta sakinlər yaşayan yüzlərlə bina var. Bələdiyyə sədrinin sözlərinə görə, həmin binaların nəyə görə indiyədək təhvil verilmədiyi araşdırılmalı, binalarda hər hansı problem varsa, aradan qaldırılmalı və binalar təhvil verilməlidir: «Araşdırılmalıdır niyə bu binalar indiyədək istismara qəbul edilməyib, əgər binada pozuntu, çatışmazlıq varsa, aradan qaldırılmalıdır. Binanı tikən şirkətlər lə məcbur edilməlidir ki, binanı təhvil versinlər».
N.Qaraxanov belə binaların Bakının bütün rayonlarında, o cümlədən Nəsimi rayonunda olduğunu bildirib: «Baxın, təkcə Tbilisi və İnqilab küçələrinin kəsişməsində 27 bina var, tikilib, sakinlər yaşayır, amma təhvil verilməyib, kupça alınmayıb və vergi də ödənilmir».
Bələdiyyə sədri bildirir ki, Nəsimi rayonun ərazisində 30% yaşayış binaları təhvil təslim olmadığına görə, o binalar kupçalaşmayıb. Amma adamlar yaşayır: «Bizi rayonda 50 min qapı (vergi yığılması üçün bələdiyyə əməkdaşlarının müraciət etdiyi ünvan – FED.az) var. Bunun 11 mini güzəştlidir, yəni sahəsi 30 kvadratmetrdə qədərdir, hərbçilərə və digər güzəştli təbəqələrə məxsusdur. 13 min bina isə təşvil verilməyən binaların payına üşür. Özü də böyük kvadratlı mənzilllərdir».
Nazim Qaraxanov bildirir ki, əgər həmin mənzillər kupçalaşdırılsa, bələdiyyənin yığldığı verginin məbləği 3 dəfədən çox artar: «Maksimum çalışmaqla vergi yığımlarını ildə 700 min manata çatdırmışıq, amma bu, rayonun potensialının yarısından da azdır. Həmin o 13 min mənzildən vergi yığa bilsək, (özü də böyük mənzilərdir) illik yığımları 2 milyon manata qaldırmaq mümkündür. Bu pulla da böyük işlər görülə bilər».
Bələdiyyə sədri bildirir ki, paralel olaraq əhalinin də bələdiyyələrə, venrgiyə münasibəti dəyişməlidir: «İndi əhali bələdiyyələrdən çox hərəkət, fəaliyyət gözləyir, bələdiyyələr də çalışırlar, amma bunları etmək üçün büdcə olmalıdır, büdcə isə vergilərin hesabına formalaşır. Ona görə də vergiləri ödəmək lazımdır».
“Binaları təhvil alsınlar ki, vergilər də ödənilsin” – BƏLƏDİYYƏ SƏDRİ
11:51
17 Okt 2018