Azərbaycanda yeni fəaliyyətə başlayan beynalxalq audit şəbəkəsi olan REANDA AZƏRBAYCAN şirkətinə (REANDA INTERNATIONAL NETWORK LIMITED-nın tam üzvü) etibar edən şirkətlərin sayı artır. Belə ki, şirkət daha bir tenderin qalibi elan edilib.
Şirkətin İdarəedici partnyoru Rahim Manafovun FED.az saytına verdiyi məlumata görə, Azərbaycanın qabaqcıl inşaat şirkətlərindən olan “HOVERS GROUP” MMC-nin 2024-cü maliyyə ilinin auditi üzrə tenderin qalibi “REANDA AZƏRBAYCAN” MMC olub.
Qeyd etmək lazımdır ki, “REANDA AZƏRBAYCAN” MMC Azərbaycanın audit bazarında yeni beynalxalq brend olaraq fəaliyyət göstərir və bank, maliyyə institutları, xidmət, inşaat, transport sahəsində müştəriləri portfelinə sahibdir.
Xatırladaq ki, REANDA INTERNATIONAL NETWORK LIMITED brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.