2018-ci ilin ilk 7 ayında bank sektorunuN verdiyi kreditlər 413 milyon manat artıb. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikadan məlum olur.
AMB-dan verlən məlumata görə 2018-ci ilin iyul ayının sonuna qədər ölkə iqtisadiyyatına verilən kreditlərin həcmi 12 milyard 170,7 min manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 413 miyon manat və ya 3,5% artıqdır.
Kredit portfelndə əsas hissə 4 milyard 874,5 min manat - ev təsərrüfatlarına verlən istehlak kreditləri tutur. Bunun ümumi kredit portfelində çəkisi 40,1%-dir. İlin əvvəlindən istehlak kreditlərinin həcmi 268 milyon manat artıb.
Ticarət və xidmət sektoruna verilən kreditlərin həcmi 2 milyard 29,4 min manat, xüsusi çəkisi 16,7% təşkil edir. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 39,8 milyon manat azalıb.
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka də krediti daxil olmaqla) ümumilikdə 1 milyard 740,3 min manat kredit ayrılıb, bu sahənin xüsusi çəksi 14,3% olub. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 3 milyon manat artıb.
Nəqliyyat və rabitə sektoruna ayrılan kredilər 1 milyard 176,2 min manat, xüsusi çəkisi 9,7% olub. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 49,5 milyon manat artıb.
Sənaye və istehsal sektoruna 670,2 milyon manat ayrılıb, xüsusi çəkisi 5,5% olub. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 49 milyon manat artıb.
İnşaat və əmlak sektorona 512 milyon manat ayrılıb, xüsusi çəksi 4,2% olub. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 34,2 milyon manat azalıb.
Kənd təsərrüfatı və emal 463,4 milyon manat kreit qoyulub, xüsusi çəkisi 3,8% təşkil edib. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 34,2 milyon manat artıb.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna 292,2 milyon manat kredit verilib, kreditlərin xüsusi çəkisi 2,4% olub. İlin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 22,6 milyon manat azalıb.
AMB-nin məlumatına görə, maliyyə sektoruna kredit qoyuluşu 240,2 milyon manat təşkil edib, ilin əvvəlindən indiyədək bu sahəyə ayrılan kreditlər 39,7 milyon manat artıb.
Akkreditivlər üzrə kredit qoyuluşu 167,5 milyon manat olub, ilin əvvəlindən 17,5 milyon manat azalma var.
Əvəzində faktorinq əməliyyatlarının həcmi bu il ərzində 40% artaraq 12,7 milyon manata çatıb.