Azərbaycan vətəndaşlarının xaricdə turizmə xərclədiyi vəsaitlər sürətlə artır.
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 9%-ə yaxın artıb
FED.az xəbər verir ki, 2025-ci ilin ilk 3 ayında vətəndaşlar xaricdə turizm xidmətlərinə 371 milyon dollar xərcləyiblər ki, bu da 1 il əvvəllə müqayisədə 40 milyon manat və ya 13% artıqdır.
Xatırladaq ki, 2024-cü ilin 1-ci rübündə azərbaycanlılar turizmə görə xarici şirkətlərə 332 milyon manat ödəmişdilər.
Paralel olaraq xaricilərin vətəndaşların da Azərbaycanda turizm xərcləri artıb. Belə ki, 2025-ci ilin ilk rübündə xaricilər buradakı turizm xidmətlərinə 380 milyon manat sərf ediblər (bura AZAL-ın bilet xərcləri də aiddir). Ötən il isə bu məbləğ 360 milyon dollar idi.
Nəticədə 2025-ci ilin 1-ci rübündə Azərbaycanın turizm xidmətləri üzrə balansında 9,1 milyon dollar (380 milyon dollar - 371 milyon dollar) profisit yaranıb.
Amma ötən illə müqayisə edəndə bu il profisit 3 dəfə aşağı düşüb – ötən il turizm xərclərində bizim xeyrimizə olan nisbətə daha böyük idi – 27 milyon dollar.
Mərkəzi Bankın bu gün açıqladığı 1-ci rüb üzrə tədiyyə balansının göstəricilərinə əsasən, Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1% azalıb.