"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birlikləri arasında daxili və xarici turizmdə nağdsız ödəniş imkanlarının genişləndirilməsi müzakirə edilib.
Turizm şirkəti xaricdən əldə etdiyi gəlirdən - VERGİ ÖDƏYİRMİ?
FED.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, tərəflər arasında keçirilmiş görüşdə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün maliyyə-bank xidmətlərinin əlçatanlığının artırılması, eləcə də pandemiya dövründən bir sıra bankların turizm şirkətləri ilə biznes fəaliyyətinin bərpa etdiyini nəzərə alaraq onların maliyyələşdirilməsi imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycana gələn və gedən turistlərin bank xidmətləri ilə təmin olunmasının təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.