Bankı 2022-ci ilin 1-ci rübü üzrə Tədiyə balansını açıqlayıb. FED.az ölkənin xarici ticarət və əməliyyatları ilə bağlı əsas sənədini təqdim edir.
2022-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir.
Cari əməliyyatlar balansında 4 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.2 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 1.6 mlrd.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 87$/barel olmuş, qeyri-neft ixracı isə 54.7% artaraq 708 mln.$ səviyyəsində formalaşmışdır.
Cədvəl 1. 2022-ci ilin I rübü üzrə tədiyə balansının əsas göstəriciləri, mln.$
Cari əməliyyatlar balansı |
3 952.7 |
Xarici ticarət balansı |
5 447.0 |
Xidmətlər balansı |
-627.5 |
İlkin gəlirlər balansı |
-961.8 |
- İnvestisiya gəlirlərinin repatriasiyası |
-993.4 |
Təkrar gəlirlər balansı |
95.0 |
Kapital hesabı Maliyyə hesabı Xalis maliyyə aktivləri o cümlədən:
Xalis maliyyə öhdəlikləri o cümlədən: - Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar |
-0.3 |
-1 195.6 |
|
848.9 |
|
-36.3 |
|
119.2 |
|
766.0 |
|
-346.7 |
|
1 814.1 |
|
- cəlb olunmuş investisiyaların repatriasiyası |
-2 842.0 |
- neft bonusu |
450.2 |
- portfel investisiyaları |
-48.8 |
- digər investisiyalar |
279.8 |
Balanslaşdırıcı maddələr |
-1 184.4 |
Tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat |
|
aktivlərinin dəyişməsi; “+” artım, “-” azalma) |
1 572.4 |
Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 86.5$ (2021-ci ilin I rübü 52.4$) olmuşdur.
Cari əməliyyatlar hesabı
2022-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 4 mlrd.$ və ya ÜDM-in 22.4%-ni təşkil etmişdir (2021-ci ilin I rübü üzrə 628 mln.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB- in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.9 dəfə artaraq 5.5 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 mlrd.$ məbləğində olmuşdur.
Qrafik 1. 2022-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabı, mln.$
Xarici ticarət balansı
2022-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 10.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 7.1 mlrd.$ həcmində profisit qeyri-neft sektoru üzrə 1.6 mlrd.$ həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 5.5 mlrd.$-lıq profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 152 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 10.6%-i MDB üzvü olan dövlətlərin, 89.4%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 8.1 mlrd.$ (2.1 dəfə artım) təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ö.i.m.d.n. bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.2 dəfə artaraq 7.4 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (7.4 mlrd.$) 3.8 mlrd.$-ı xam neftin, 3.5 mlrd.$-ı təbii qazın, 0.1 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin I rübü üzrə qeyri-neft ixracı 54.7% artaraq 0.7 mlrd.$ olmuşdur.
Əmtəə idxalı. 2022-ci ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 16.8% artaraq 2.7 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.2 mlrd.$ olmuş, bunun da 433 mln.$-u ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 24.2% artaraq 2.3 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda metalların (93.1%), kağız məmulatlarının (57.9%), əczaçılıq məhsullarının (44.3%), kərə yağının (30%), dənli bitkilərin (29.4%), ətir və kosmetik vasitələrinin (26.4%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19.8%), mebel məhsullarının (17%), ağac məmulatlarının (15.6%), minik avtomobillərinin (12.1%), daş və şüşə məmulatlarının (10.4%), tərəvəz məhsullarının (5%), bitki yağlarının (1.8%), alkoqollu və alkoqolsuz içkilərinin (0.2%) idxalı artmışdır. Bu dövrdə uçuş aparatlarının (80.1%), dəmiryol nəqliyyat vasitələrinin (78.8%), tütün məhsullarının (35.1%), qazanlar, avadanlıq və mexaniki qurğuların (17.5%), şəkərin (10.7%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.5% təşkil edərək 121 mln.$ olmuşdur.
Cədvəl 2. İdxalın strukturu, mln.$
|
2021-ci il, I rüb |
2022-ci il, I rüb |
||
Məbləğ |
Xüsusi çəkisi, %-lə |
Məbləğ |
Xüsusi çəkisi, %-lə |
|
İdxal - cəmi |
2 291.8 |
100.0 |
2 677.2 |
100.0 |
o cümlədən: |
|
|
|
|
1. İstehlak malları |
1 090.7 |
47.6 |
1 189.4 |
44.4 |
- ərzaq məhsulları |
401.7 |
17.5 |
433.4 |
16.2 |
- digərləri |
689.0 |
30.1 |
756.0 |
28.2 |
2. İnvestisiya yönümlü mallar |
198.2 |
8.6 |
120.9 |
4.5 |
3. Digər mallar |
1 002.9 |
43.8 |
1 366.9 |
51.1 |
Xidmətlər balansı
2022-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.6 mlrd.$ təşkil etmişdir. Bunun 1.6 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 23.3% azalaraq 627.5 mln.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 477.3 mln.$ (29.8% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 150.2 mln.$ (8.8% artım) olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 37.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 994.5 mln.$ olan nəqliyyat xidmətlərinin 61.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612.6 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381.9 mln.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 3.6%, idxalı isə 15.1% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230.6 mln.$-a (10.3% artım) yüksəlmişdir (2021-ci ilin I rübündə 209.1 mln.$).
2022-ci ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 318 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (196.8 mln.$) ixracı (121.3 mln.$) üstələməsi nəticəsində 75.5 mln.$ həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.7 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 196.8 mln.$ olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 16.2% azalaraq 1.9 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 42.5% artaraq 245.8 mln.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.1 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 164 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 4.8 dəfə artaraq 1 mlrd.$ təşkil etmişdir.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.8 mlrd.$ olmuşdur. Bunun 77.3%-i (1.4 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.1 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (166.9 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (52.5 mln. $) və digər ödənişlər (78.3 mln.$) təşkil etmişdir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 449.2 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 272.2 mln.$, ödənişlər isə 177.2 mln.$ təşkil etmişdir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 88.2%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6.9%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 4.9%-i isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 5.9% artaraq 240 mln.$, ölkədən ödənilən pul baratlarının həcmi isə 24.3% artaraq 151.6 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 88.4 mln.$ müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 95 mln.$ (2.2% azalma) təşkil etmişdir.
Maliyyə hesabı
2022-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 848.9 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa xarici investisiyalar (-36.3 mln.$), portfel investisiyaları (119.2 mln.$) və digər investisiyalar (766 mln.$) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 346.7 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa xarici investisiyalar (-1 027.9 mln.$), neft bonusu (450.2 mln.$), portfel investisiyaları (-48.8 mln.$) və digər investisiyalar (279.8 mln.$) hesabına formalaşmışdır.
Cədvəl 3. 2022-ci ilin I rübü üzrə xalis maliyyə aktivləri və öhdəlikləri, mln.$
|
Aktivlər |
Öhdəliklər |
Birbaşa xarici investisiyalar |
-36.3 |
-1 027.9 |
- neft-qaz sektoru |
-134.2 |
-1 760.4 |
- digər sektorlar |
97.9 |
732.5 |
Neft bonusu |
|
450.2 |
Portfel investisiyaları |
119.2 |
-48.8 |
Digər investisiyalar |
766.0 |
279.8 |
- ticarət kreditləri və avanslar |
521.0 |
292.4 |
- kreditlər və ssudalar |
9.7 |
-254.7 |
- depozitlər və nağd valyuta |
235.3 |
242.1 |
C Ə M İ |
848.9 |
-346.7 |
Birbaşa xarici investisiyalar
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.8 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 59.5% təşkil etmişdir.
2022-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 760.4 mln.$) azalması cəlb olunmuş investisiya ilə (1 079 mln.$) kapitalın repatriasiyası (2 839.4 mln.$ əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 735.2 mln.$ (4.9 dəfə artım) olmuşdur.
Portfel investisiyaları
Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 119.2 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 48.8 mln.$ azalmış, nəticədə portfel investisiyaların axınları üzrə 168 mln.$ mənfi saldo yaranmışdır.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızlar (4.7 mln.$), dövlət (7.9 mln.$), bank (47.7 mln.$) və özəl (58.9 mln.$) sektorların hesabına artmışdır. Öhdəliklər isə dövlət (3.1 mln.$), bank (45 mln.$) və digər (0.7 mln.$) sektorların hesabına azalmışdır.
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 9.7 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 254.7 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (21.2 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (168.6 mln.$) dövlət kreditləri (61 mln.$), dövlət zəmanətli kreditlər (37.1 mln.$) və müəssisələrin kreditləri (9.2 mln.$) hesabına isə azalmışdır.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 235.3 mln.$, xalis maliyyə öhdəlikləri isə 242.1 mln.$ artmışdır.
Ehtiyat aktivləri
2022-ci ilin I rübü üzrə ölkənin ehtiyat aktivləri 1.6 mlrd.$ məbləğində artmışdır.