Azərbaycanın sığorta bazarı böyük inkişaf potensialına malikdir. Bu barədə iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də Bakıda ASA (Azərbaycan Sığortaçılar Assosiasiyasının) təşkilatçılığı və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə keçirilən AIIF 2016-Azərbaycan VII beynəlxalq sığorta forumunda bildirmişdir. Onun sözlərinə görə, son illərdə sığorta bazarının inkişaf və artım tempi ölkə ÜDM-nin artım tempindən yuxarı olmuşdur. “Hazırda böhranın yaratdığı nəticələrə baxmayaraq bazarda yüksək dinamika müşahidə edilir, sığorta şirkətlərinin aktivləri artır. Buna sübut olaraq forumda iştirak edən beynəlxalq şirkətlərin Azərbaycanın sığorta bazarına nümayiş etdirdiyi aşkar marağı da misal çəkmək olar” deyə Ziya Səmədzadə bildirmişdir.
“Hazırda yaxın illər üçün ölkənin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan sığorta bazarının həcmini ÜDM-dən qaldırılıb 3%-dək yuxarı səviyyəyə çatdırılmasıdır. Bu isə bazarın milyardlarla dollar dəyərində qiymətləndirilməsi demək olacaqdır” deyə komitə sədri vurğulamışdır.
Maliyyə bazarlarına nəzarət palatasının yaradılması da bu işdə mühüm rol oynayacaqdır. Məhz bu palata sığorta bazarına da nəzarət edəcəkdir.
Sığorta bazarında hazırda bir sıra boşluqlar olsa da, gələcəkdə məcburi tibbi sığortanın tətbiqi ilə bağlı bir sıra təkmilləşmə işləri gedir. Bu sığorta növündə bir sıra irəliləyişlər də artıq müşahidə edilməyə başlamışdır. Hazırda sığorta məhsullarının 15%-i məhz bu tibbi sığorta növü hesabına formalaşır.
Digər perspektivli və gəlirli sahələrdən biri də kənd təsərrüfatının sığortalanmasıdır. Bu sahə həqiqətən də inkişaf edən prioritet sahələrdən biri hesab edilir. Hazırda hökumət də bu sahənin inkişaf etdirilməsinə böyük və aktiv dəstək göstərir. Qarşıda duran əsas vəzifələrdən biri də məhz Azərbaycanın kənd təsərrüfatı məhsullarının eksport həcmini artırmaqdır. Bunun üçün rəqabətədavamlı məhsullar istehsal etmək lazımdır. Həmçinin ölkənin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində də böyük işlər aparılmalıdır. Bu baxımdan effektiv qurulmuş aqrosığorta sisteminin qaydaya salınması ölkəmizin qarşısında duran çox mühüm məsələlərdən biridir.
Z. Səmədzadə ölkəmizdə sahibkarlıq fəaliyyətinin effektiv şəkildə inkişafı üçün bütün imkanların olduğunu da vurğulamışdır. Xüsusilə də, ölkəmizdə lisenziyalaşdırılan sahibkarlıq növlərinin sayı ölkə başçısının sərəncamına əsasən azaldılmış və bu da sahibkarlığın inkişafına təkan vermişdir, o cümlədən kiçik və orta bizneslərin gələcək inkişafı üçün digər addımlar da atılmışdır.
Azərbaycan həmçinin hazırda transmilli layihələrin həyata keçirilməsində əsas rollardan birini oynayır. Bu layihələrə qoyulan investisiyaların sayı milyardları keçmişdir. Böhran və qlobal aləmdəki vəziyyətə baxmayaraq Azərbaycanın strateji valyuta rezervləri 40 milyard dollardan yuxarıdır və ölkə iqtisadiyyatına edilən kapital qoyuluşu 200 milyard dollardır.
Bütün yuxarıda qeyd edilən faktlar onu göstərir ki, ölkəmizdə sahibkarlığın və maliyyə sektorunun inkişafı üçün çoxsaylı imkanlar vardır.
Sonda Z. Səmədzadənin də dediyi kimi qeyd edək ki, Azərbaycanın digər ölkələr kimi üzləşdiyi qlobal risklər fonunda ölkədə sığorta mədəniyyətinin durmadan artması çox vacibdir. Bu baxımdan sığorta mədəniyyəti inkişaf etdirilməli və bunun parlaq gələcəyi, gəlir gətirməsi üçün hər cür şərait və imkanlar yaradılmalıdır.
Mənbə: www.1news.az