01 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat (74 milyard 315,9 milyon ABŞ dolları) məbləğində olan ÜDM-in 6,9 faizini təşkil etmişdir.
Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb - YENİ RƏQƏMLƏR
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 41,7 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Aşağıdakı cədvəldə 1 yanvar 2025-ci il tarixinə dövlət qurumlarının cəlb etdiyi xarici borcun məbləğləri verilib: