Xəbər verildiyi kimi, Mərkəzi Bankın idarə heyətinin qərarı ilə «Günay Bank»ın lisenziyası ləğv edilib, bank müfhis elan edilib və ləğvetmə prosesi başlanılıb.
Tural Piriyev: "Günay Bank"ın əmanətçilərinə 35,12 milyon manat kompensasiya veriləcək"
Bankın ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
«Günay Bank»ın ləğvi təkcə Azərbaycanın ən qocaman banklarının bank bazarını tərk etməsi deyil, bankın ləğv edilməsi və əmanətlərin kompensasiyası prosesində bəzi yeniliklər tətbiq edilib. Digər maraqlı məqam, «Günay Bank»ın mirasının, sahib olduğu şirkətlərin taleyi ilə bağlıdır.
FED.az ləğvetmə prosesi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun icraçı diretoru Tural Piriyevin müsahibəsinə təqdim edir.
«Günay Bank»ın ümumi depozit portfeli 82,5 milyon manat təşkil edir. Bankın 19 min 077 əmanətçisi var, onlardan 19 042 əmanətçi qorunan əmanətçi kateqoriyasında idi. Ümumi qorunan məbləğ 72 milyon 315 min manat, kompensasiya olunacaq məbləğ isə 35 milyon 120 min manatdır.
Artıq 19 iyun tarixindən etibarən agent bank («Bank Respublika») vasitəsilə kompensasiyaların ödənilməsinə başlanılıb.
- Tural müəllim, indiyədək «Günay Bank»ın əmanətçilərinə nə qədər məbləğ kompensasiya edilib?
- İndiyədək (iyunun 21-i axşama) 17 milyon manata yaxın əmanət kompensasiya olunub. Bu məlumatlar daim yenilənir, biz həm agent bankla, həm də Azərbaycan Mərkəzi Bankı ilə birlikdə bu prosesi izləyirik.
Hazırda Əmanətlərin Sığortalanması Fondu həm fond olaraq əmanətlərin konmpensasiyalarının ödənilməsin həyata keçirir, həm də ləğvedici fəaliyyətini də uğurla aparmaqdadır.
- «Günay Bank»ın Kreditorlar komitəsi nə vaxt yaradılacaq, ümumiyyətlə bu məsələ necə həll olunacaq?
- Bankın Keditorlar Komitəsi, kreditorların öz tərəfindən ehtiyac duyulduğu təqdirdə yaradıla bilər, bu məsələdə kreditorların özləri qərar verə bilərlər. Qeyd edim ki, hazırda «Günay Bank»ı da nəzərə alsaq, 22 bank ləğvetmə prosesindədir və onların heç də hamısında kreditorlar komitəsi yoxdur. Bu zaman həmin bankların sığortalanmış və sığortalanmamış əmanətlərinin həcmi və bir sıra göstəricilər nəzərə alınır. «Günay Bank»da da kreditorlar bir yerə toplanaraq komitə yaratmağa qərar versələr biz fond olaraq bunu dəstəkləyəcəyik və necə ki, kreditorlar komitəsi olan başqa banklarda bunu dəstəkləyirik. Bura iclasların keçirilməsindən tutmuş onlara bankla bağlı rüblük və daimi hesabatların təqdim olunması kimi məsələlər aiddir.
- Bankdakı sığortalanmamış əmanətlər və vəsaitlər hansı müddətə qaytarılacaq, bununla bağlı Fondun planları necədir və bu prosesdə şəffaflıq necə təmin olunacaq?
- Sığortalanmamış əmanətlərə gəlincə, bura təkcə fiziki şəxslərin deyil, hüquqi şəxslərin depozitləri də aiddir. Bunlar «Banklar haqqında» qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq sıralama qaydasında ödəniləcək. O ki qaldı şəfaflığın qorunmasına, bu günə qədər bununla bağlı heç bir problem olmayıb. Sadəcə ola bilər bəzi bankların aktivləri, sağlam kredit portfelləri və digər aktivləri onların sığortaanmamış əmanətlərinin, eləcə də digər tələblərinin yerinə yetirilməsinə kifayət etmir, amma bu - şəffaflığın pozulması anlamına gəlmir. Mətbuat bununla bağlı banklar, o cümlədən «Günay Bank» və ondan əvvəl bağlanan 21 bank barədə istənilən suallarını fonda ünvanlayıb cavab ala bilər.
«Günay Bank»la bağlı vəziyyətə gəlincə, indiki tendensiya və sürət (əmanətlərin kompensasiya edilməsi sürəti - FED.az) onu göstərir ki, biz qısa zamanda bütün sığortalanmış əmanətləri verəcəyik, çünki cəmi 3 gün ərzində əmanətlərin 50%-i kompensasiya olunub.
Sığortalanan əmanətlər qaytarılandan sonra, ödənilən 35 milyon manat vəsaitin reqress qaydasında, yenə də «Banklar haqqında» qanunun 82-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna geri ödənilməsini təmin edəcəyik. Bundan sonra isə sğortalanmayan əmanətlərin, o cümlədən 82-ci maddədə nəzərdə tutulan digər tələblərin geri qaytarılması üçün əlmimizdən gələni edəcəyik.
- Tural müəllim, «Günay Bank»ın qalan aktivləri sığortalanmış və sığortalanmamış əmanətlərin qaytarılması, ümumiyyətlə bankın öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət edəcəkmi? Çünki bildiyimizə görə bankın kredit portfelinin böyük hissəsi işlək deyildi.
- Gəlin, əvvəlcə bankın kredit portfelinin vəziyyətini açıqlayım ki, siz oradakı vəziyyətdən xəbərdar olun. Deməli «Günay Bank»ın ümumi kredit portfeli 202 milyon manat idi. Bunun 1,8 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditlər, 575 min manatı kənd təsərrüfatı layihələri üzrə kreditdir, 78,7 milyon manat isə Azərbaycan Respublikası İpoteka Fondunun vəsaitidir (yəni ipoteka kreditləridir). İpoteka kreditləri portfeli o, qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı ilə «Günay Bank»dan digər banklara ötürüləcək.
- Deyəsən, «Günay Bank»ın kredit portfelində işlək hissə yalnız siz sadaladıqlarınızdır...
- Bəli haqlısınız, ilkin olaraq işlək hissə məhz budur. Bundan başqa, 121 milyon manata yaxın kredit isə bankın öz vəsitləri hesabına verilib, burada aidiyyatı kreditlər, yəni bankla əlaqəli şəxslərə verilən kreditlər üstünlük təşkil edir. Bu məsələnin həlli üçün aidiyyatlı şəxslər, o cümlədən bankın səhmdarları ilə danışıqlar gedir, artıq ilkin danışıqlar mərhələsi başlanılıb və onların ödənilməsi istiqamətində addımlar atılır, yəni bu proses başlayır.
- Aidiyyatı şəxslər, yəni bankın öz səhmdarları və sair şəxslərə verilən kreditlərdən söhbət gedir?
- Bəli, əlaqəli şəxslər, yəni yerli və beynəlxalq qanunvericiliklə - aidiyyatı şəxslər kateqoriyasına aid olan şəxslərdən və onlara verilən kreditlərdən söhbət gedir. Bu kreditlər bankın hesabına verilən kreditlərdə böyük çəkiyə malikdir.
- Həmin kreditlərin təminatı ilə bağlı vaəziyyət nə yerdədir, onlar nə dərəcədə təmin olunub?
- Həmin kreditlərin həm təminatlı, həm də təminatsız olan hissələri var. Burada daşınmaz və daşınar əmlakla təmin olunan hissələr var. Onları ilkin olaraq Mərkəzi Bank araşdırır, sonra isə bununla bağlı məlumatlar ləğvediciyə ötürülür, və biz onların analizini aparırıq. İndiki mərhələdə bu barədə dəqiq nəsə söyləmək çətin olar, əlbəttə, əlimizdə bəzi məlumatlar var, amma onların analizi, xüsusən də həmin kreditlərin yenidən analizi bizə daha müfəssəl şəkildə mənzərəni göstərəcək. Bunun üçün müəyyən vaxta ehtiyac olacaq, çünki bildiyiniz kimi, hazırda Əmanətlərin Sığortalanması Fondunun işçilərinin sayı məhduddur və bütün resurslarımız ilk növbədə kompensasiyların ödənilməsinə yönəlib. İstəyirik ki, həmin sahədə müştəri məmnuniyyətini qarşılayaq, geri qalan hissəni daha sərbəst şəkildə həll edəcəyik.
- Tural müəllim, «Günay Bank»ın əmanətçiləri arasında xarici vətəndaşlar və ya şirkətlər varmı?
- Xarici vətəndaşların olduğunu hələlik bilmirəm, amma xarici hüquqi şəxslərin olduğunu deyə bilərəm.
- Tural müəllim, «Günay Bank»da olan fiziki şəxs sahibkarların vəsaitlərinin qaytarılması ilə bağlı vəziyyət nə yerdədir – bu vəsaitlər nə qədərdir və necə qaytarılacaq?
- İlkin olaraq onu qeyd edim ki, bu sığorta hadisəsi zamanı (yəni «Günay Bank»ın bağlanılması zamanı – FED.az) Azərbğaycan tarixində ilk dəfə olaraq fiziki şəxs olan sahibkarların vəsaitləri də qaytarılır – söhbət 20 min manata qədər olan vəsitlərdən gedir. Əslində bu böyük tərəqqidir, belə təcrübə əksər ölkələrdə yoxdur, çox az ölkələrdə var.
Eyni zamanda notariusların hesablarında fiziki şəxslərə məxsus qalıqlar varsa, həmin vəsaitlər də tam şəkildə ödəniləcəkdir. Bu həm hüquqi baxımdan, həm də məntiqi baxımdan sağlam və düzgün qərardır.
- Tural müəllim, bankda əmanəti olanlar üçün sığortalanma qaydaları aydındır, yəni bank müştəriləri bilir ki, 100 min manata qədər vəsait sığortalanır və bundan artıq məbləği başqa banklarda saxlamaq olar. Bəs sahibkarların vəsaitlərinin qorunması və ya saxlanması ilə bağlı vəziyyət necədir? Belə ki, sahibkarın qorunan məbləği 20 min manatdır. Tutaq ki, hansısa sahibkarın 20 mindən artıq, məsələn 50 min manata yaxın vəsaiti var. Etibarlı qorunması üçün o hansı addımı atmalıdır? Bu məbləği hissə-hissə bölüb həmin bankda saxlamalıdır, yoxsa daha etibarlı olması üçün hissə-hissə başqa bankda saxlaması yaxşı olar? ƏSF-nin rəhbəri kimi, bununla bağlı sahibkarlara nə tövsiyə edərdiniz?
- Bu məsələdə tövsiyə vermək bir az çətin olacaq, çünki sahibkar fiziki şəxsə aid hesabdakı vəsait bölünə bilən vəsait deyil ki, başqalarının adına olsun. Bu hesab həmin şəxsə və onun VÖEN-nə bağlı hesabdır, təbii ki, sahibkar əgər vəsaitini 20 min manatlıqlar şəklində bölüb başqa banklarda saxlayarsa bu onun haqqıdır, bunu edə bilər və bununla da daha etibarlı v güvənli yanaşa bilər.
- Dəqiqləşdirək, yəni vəsaiti etibarlı saxlamağın yolu, məbləği hissə-hissə bölüb başqa banklarda saxlasın, doğru başa düşdüm?
- Belə deyək, bu da onun yollarından biridir.
- Tural müəllim, «Günay Bank»ın səhmdarı olduğu şirkətlər də var. Onlardan biri «Günay Sığorta»dır. «Günay Bank»ın «Günay Sığorta»da 2 milyon manata yaxın kapitalı olmalıdır, bu məsələ necə həll olunacaq?
- Hələlik biz buna gəlməmişik, bu bizim üçün prioritet təşkil edən məsələlərdən olmasa da, buna da toxunulacaq. Hələlik isə biz kompensasiyaların ödənilməsi məsələsinə fokuslanmışıq, çünki bizim üçün ən önəmli məsələ vətəndaşların, yəni sığortalanmış əmanətçilərin vəsaitlərini geri alması və onların məmnuniyyətidir ki, bunu da biz şükür Allaha, qaydasında aparırıq. Bu proses davam etdikcə, paralel olaraq ləğvedici funksiyası çərçivəsində biz o məsələ ilə də məşğul olacaq və onu da gündəmə gətirəcəyik.
- Bildiyimiz qədər səhmdarlıqla yanaşı, «Günay Sığorta» vəsaitlərindən bir hissəsini də «Günay Bank»da saxlanılır. Onların taleyi nəcə olacaq?
- Bəli, doğrudur, bankda «Günay Sığorta»nın da vəsaitləri var. Onların da tələbləri (yəni sığorta şirkətinin bankdakı vəsaitləri geri almaq tələbi – FED.az) qeydə alındıqdan sonra onlar da tələb hüqüqüna malik olacaqlar.
- Tələb olaraq «Günay Sığorta»nın növbəsi nə vaxt çatacaq? Çünki təcrnübə göstərir ki, adətən banklar bağlananda özlərinə məxsus sığorta şirkətlərini də özləri iloə «aparırlar».
- Qeyd edim ki, aparanı da var, aparmayanı da. Məsələn, 2020-ci ildə bağlanan banklardan birinin sığorta şirkəti hazırda aktiv fəaliyət gstərir, sağlam fəaliyyəti göz önündədir. Amma siz deyən hallar da var. O ki qaldı «Günay Sığorta»ya, hazırda onun hansı vəziyyətdə fəaliyyətinə davam edib-etməyəcəyi barədə fikir söyləmək çətindir. Çünki burada tənzimləyicinin (Azərbaycan Mərkəzi Bankının) mövqeyini də öyrənmək düzgün olardı. Biz fond olaraq sığorta şirkətində sadəcə pay sahibiyik (ƏSF Günay Bankın ləğvedicisi olduğuna görə, banka məzsus olan aktivlər fonda keçib, o cümlədən bankın «Günay Sığrta»dakı payı), təqribən 20% payımız var.
- Tural müəllim, burada məsələnin 2 tərəfi var. Birincisi odur ki, bank və indi də fond sığorta şirkətində paya sahibdir. İkincisi isə sığorta şirkətinin bankdakı pulu bloklanıb, bütün digər vəsaitlər kimi. «Günay Sığorta» bu vəsaitdən istifadə edə bilərimi? Məsələn, tutaq ki, «Günay Sığorta»nın müştərilərindən birinin hadisəsi olub və sığorta şirkəti ona sığorta ödənişi etməlidir, o zaman «Günay Sığrta» bankda bloklanmış vəsaitindən istifadə edə bilərmi?
- Xeyr bankdakı vəsaitdən istifadə edə bilməyəcək, çünki bu vəsaitlər hüquqi şəxsin vəsaitidir, sığrtalanmayan vəsaitidir. Və onun ödənişi də (yəni «Gynay Sığrta»nın bankdakı vəsaitinin yenidən ona qaytarılması) qanunvericiliə uyğun olaraq sonrakı kateqoriyalara uyğun həyata keçiriləcək. Sadəcə ola bilər ki, onlar vaxtında vəsaitləri düzgün bölüşdürüblər və vəsaitləri başqa banklarda da saxlayıblar. Ona görə də bu məsələni sığorta şirkətinin özündən daha dəqiq soruşub öyrənmək olar.