Qalan bütün bölgələrə kreditlərin cəmi 13,8%-i verilib. Ümumilikdə regionlar üzrə götürdükdə ən az kredit 362 min manatla Kəlbəcər-Laçın iqtisadi rayonuna verilib. İşğal olunmuş əraziləri nəzərə almasaq, ən az kredit Dağlıq Şirvan regionuna verilib - cəmi 67 milyon manat. Bu da iqtisadi aktivliyin aşağı olmasında irəli gəlir.
İqtisadi regionlar üzrə Bakı şəhərini çıxdıqda ən çox kredit verən digər ərazi 532 milyon manat və ya 4,4% ilə Aran iqtisadi rayonunun payına düşür.
Hesabatda regionlar üzrə verlən kreditlərin orta faiz dərəcəsini də göstərilib.
Belə ki, ümumi ölkə üzrə verlən kreditlərin orta faiz dərəcəsi 11,9% təşkil edib.
Orta faiz dərəcəsi ən yüksək Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb – illik 24,8%. Ən az faiz dərəcəsi isə Naxçıvandadır – illik 8,9%.
İqtisadi rayonlar üzrə kredit göstəriciləri və orta faiz dərəcəsi aşağdakı cədvəldə göstərlib.
Bölgələr | Kreditin həcmi (milyon manat) | Orta faiz dərəcəsi |
Bakı şəhəri | 10 013,2 | 10,3 % |
Aran | 532,3 | 23,0 % |
Abşeron | 483,7 | 16,0 % |
Gəncə-Qazax | 457,4 | 19,3 % |
Lənkəran | 191,3 | 22,2 % |
Quba-Xaçmaz | 148,9 | 20,9 % |
Şəki-Zaqatala | 128,2 | 22,1 % |
Naxçıvan | 103,8 | 8,9 % |
Dağlıq Şirvan | 67,1 | 21,6 % |
Yuxarı Qarabağ | 44,2 | 24,8 % |
Kəlbəcər-Laçın | 362,1 min AZN | 16,1 % |