"Mərakeş Krallığına işgüzar səfərimiz zamanı "Mastercard"ın Şərqi Avropa regionu üzrə rəhbəri Yasemin Bedir ilə görüşdük".
FED.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsindəki hesabında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov yazıb.
Görüş zamanı Mərkəzi Bank və "Mastercard" arasında əməkdaşlığın cari vəziyyətini, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən KOS-ların rəqəmsallaşmasına dəstək məsələləri müzakirə edilib.
Həmçinin Kazımov bildirib ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları 2023 zamanı "UBS Asset Management" şirkətinin prezidenti Suni Harford ilə görüşüb. Görüşdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.