“Hazırda Dövlət Neft Fondunun investisiya gəlirləri neft gəlirləri səviyyəsinə çatıb”.
Neft Fondunun xərclərinin 90%-i dövlət büdcəsinə xərclənib
FED.az xəbər verir ki, bunu Fondun risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy deyib.
O bildirib ki, ARDNF-in neft gəlirləri artdıqca daha riskli aktivlərin payını portfeldə artıra bilib.
“Bu baxımdan son illərdə investisiya gəlirlərimiz həm büdcə öhdəliklərini icra etməyə imkan verib, həm də daha yüksək gəlirli vəd edən portfelə malik olmuşuq. Son 25 ildə Fondun investisiya gəlirləri 14,9 mlrd. ABŞ dollarına çatıb”- departament direktoru əlavə edib. (Apa)