Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti ixtisas imtahanlarına hazırlaşan namizədlər üçün II hazırlıq kursunu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1 may 2026-cı il tarixindən etibarən fəaliyyətə başlayacaq kurslar, qiymətləndirmə sahəsində nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi, eləcə də imtahan prosesinə tam hazır olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
Tədris Proqramı haqqında:
- Mühazirəçilər: Dərslər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) peşəkar müəllim heyəti tərəfindən aparılacaq.
- Müddət: Kurs 10 dərsi əhatə edir.
- Məkan: Təlimlər AQC-nin Bakı şəhərindəki mərkəzi ofisində keçiriləcək.
- Sertifikat: Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.
Tələb olunan sənədlər:
Kursda iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri skan edilmiş formada [email protected] elektron ünvanına göndərməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
İştirak haqqı və Ödəniş:
- AQC üzvü olan şirkətlərin nümayəndələri üçün: 300 AZN
- Digər iştirakçılar üçün: 500 AZN
- Ödəniş qaydası: Ödənişlər müqavilə əsasında, yalnız köçürmə yolu ilə həyata keçirilir.
Əlaqə və Ünvan:
Suallarınız və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küç. 11/31, “B” girişi, 10-cu mərtəbə, 2 saylı ofis.
- Şəhər telefonu: (+994) 12 488 05 56
- Mobil: (+994) 51 327 53 23
- E-mail: [email protected]
- Veb-sayt: www.aqc.az
Bütün namizədlərə uğurlar arzulayırıq!
AQC “Tədris, təlim və sertifikatlaşdırma” departamenti













