Hazırda Azərbaycanda Mərkəzi Bankın (AMB) uçot dərəcəsnin dəyişməsinin ölkədəki iqtisadi artıma və ya azalmaya birbaşa təsiri yoxdur.
Mərkəzi Bank: «İnflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır»
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov Mərkəzi Bankın uçot dərəcəsinin dəyişməsi ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
Xatırladaq ki, AMB idarə heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.
Adətən uçot dərəcəsinin dəyişdirilməsi ilə ölkələr ölkədəki kredit faizlərini də artıb azaldır, bununla da iqtisadi aktivliyi, iqtisadi artımı və inflyasiyanı idarə edir, iqtisadi aktivliyi artırır və ya nisbətən səngidirlər.
Amma hələlik Azərbaycanda belə deyil - uçot dərəcəsinin artıb-azalması iqtisadi artıma və ya azalmaya birbaşa təsir göstərmir.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bank uçot dərəcəsinin ölkə iqtisadiyyatına təsirinin transmiyası (yəni təsirinin ötürülməsi üçün) məqsədilə bəzi addımlara başlayıb. Məsələn, sentyabr ayından AMB-nin əməliyyat çərçivəsi tətbiq edilir: «Sentyabrdan AMB bazara daxil olub. Bununla da bildiririk ki, biz artıq manat çap edən təşkilat olaraq sizinlə bərabər çalışırıq».
Mərkəzi Bank rəhbərinin sözlərinə görə, hazırda ilkin hədəf – uçot dərəcəsinin banklararası bazara təsirinə nail olmaqdır.
«Bizim əsas qısamüdətli hədəfimiz banklar arasına bazarın yaradılmasıdır. Ona görə ki, uçot dərəcəsinin transmissiyasının ilk halqası olaraq banklararası bazarına təsir etsin. Və biz bunu artıq müşahidə edərik. Banklararası bazar artıq yaranıb».
AMB rəhbəri bildirib ki, hələlik bu təsir beynəlxalq standartlara uyğun səviyyədə deyil: «Söüzsüz ki, hələlik bu bizim istədiyimiz beynəlxalq standartlara uyğun səviyyədə deyil, amma onun üzərində çalışırıq və notlarla bağlı bir qəər əvəl tətbiq edilən yenilik də buna xidmət edir».
Uçot dərəcəsinin iqtisadiyyata təsiri yolunda ikinci mərhələ, banklararası bazar formalaşdıqdan sonra bu dərəcənin depozit və kreditlərə təsiri olacaq. «Artıq biz buna nail olduqdan sonra bu uçot dərəcəsi tələb təklifə, yəni iqtisadi artıma da təsir etməyə başlayacaq. Hal-hazırda isə etiraf etməliyik ki, uçot dərəcəsinin iqtisadi artıma və ya azalmasına birbaşa təsiri yoxdur. Amma nəticə etibarə ilə bizim uçot dərəcəmiz banklarası bazara və kredit-depozitlərə təsir etməyə başlayanda bu riskləri (yəni uçot dərəcəsinin artımının ölkədəki iqtisadi artımın tormozlanmasına təsirini – FED.az) müzakirə edə bilərik».
Taleh Kazımovun sözlərindən aydın olub ki, hələlik uçot dərəcəsinin real təsiri özünü daha çox banklarası bazarda göstərir və AMB-nin ilkin hədəflərindən biri də budur: «Həmçinin də bizim istəyimiz oldur ki, manatın gəlir əyrisi formalaşsın ki, bazar iştirakçıları, fərdi investorlarp bu gəlir əyrisinə istinad edərək öz yığım, investisiya və borclanma qərarlarını o faizlərə istinadən versinlər».