Azərbaycan Mərkəzi Bankı ötən iclasdan (30 oktyabrı nəzərdə tutur) bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş vermədiyini deyib.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - AZALTDI
FED.az Banker.az-a istinadən bildirir ki, 18 dekabrda gerçəkləşən Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin göstəricilərinə dair toplaşdığı iclasında qeyd edilir ki, pulbazası ilin əvvəlindən 3.3% artıb.
AMB bunun da gözləniləndən əhəmiyyətli aşağı olduğunu deyir.
“Noyabr-dekabr aylarında Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri sabit qalsa da, dövlət qiymətli kağızlarının gəlirliliyi azalma meyilini qorumuşdur. Banklararası REPO bazarında orta faizlərdə ciddi dəyişiklik müşahidə edilmir.
Pul siyasəti qərarları ilə yanaşı makroprudensial yumşalmalar və dövlətin güzəştli kreditləşmə proqramları da kredit qoyuluşlarının dinamikasına və orta faizlərə müsbət təsir göstərir.
Pandemiya şəraitində kreditlərə olan tələbin zəifləməsi bankların başlıca resurs mənbəyi olan depozit faizlərinin dinamikasına təsir edir. Son aylar depozit faizlərində azalma meyili müşahidə olunur”.
Mərkəzi Bank qeyd edir ki, əmanətlərin sığortalanması mexanizminin dayanıqlı şərtlərlə yeni çərçivəyə keçidi bank sisteminin resurs bazasının dayanıqlı əsaslarda möhkəmlənməsi və beləliklə, maliyyə sabitliyinin qorunması ilə yanaşı depozit faizlərinin formalaşmasına da müsbət təsir edəcəkdir.
Bildirək ki, Azərbaycan Mərkəzi Bankı 2020-ci il 5 apreldən sonra olunacaq bu dəyişikləri nəzərdə tutur:
1) Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması;
2) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması;
3) Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması
“Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. Tarazlı valyuta bazarı şəraitində dollarlaşma göstəricilərində azalma müşahidə edilir”.