Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Biznesin İnkişafı Departamentinə kiçik mütəxəssis axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Kiçik mütəxəssis
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 24.12.2025
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
- Büroya məlumatların qanunvericiliyin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
- Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
- Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
- Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək;
- Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
- Rəhbərliyin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
- Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
- Excel proqramı üzrə əsas bacarıqlar (təkmil formulaları tətbiq etməklə məlumatların emalı, PivotTable-dən istifadə etməklə hesabatların hazırlanması və s.)
- Vizuallaşdırma proqramları üzrə bacarıqlar üstünlükdür;
- Xaricdə təhsil alması üstünlükdür.
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Azərbaycan Kredit Bürosu (AKB) aşağıdakı vəzifələr üzrə vakansiya elan edir
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşma Departamentinə Middle ReactJS Developer axtarılır.
Vakansiya haqqında:
Departament: Rəqəmsallaşma Departamenti
Vəzifə: Middle ReactJS Developer
Müraciət üçün son tarix: 24.12.2025
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Veb tətbiqlərinin hazırlanması və inkişaf etdirilməsi
- UI/UX dizaynlarına uyğun responsiv və dinamik interfeyslərin yaradılması
- Komponent əsaslı strukturlarla kod yazılması və idarə edilməsi
- RESTful API-lərin və üçüncü tərəf xidmətlərinin inteqrasiyası
- Kodun optimallaşdırılması və performansın artırılması
- Texniki sənədlərin hazırlanması və yenilənməsi
Tələb olunan təhsil və iş təcrübəsi:
- JavaScript (ES6+), TypeScript, HTML5, CSS3 üzrə minimum 2-4 il iş təcrübəsi
- ReactJS üzrə dərin bilik və Hooks, Context API, Redux və ya Recoil ilə iş təcrübəsi
- Next.js, React Router, React Query və ya Tanstack Query üzrə təcrübə
- UI kitabxanaları və dizayn sistemləri ilə iş təcrübəsi (Chakra UI, MUI,
- TailwindCSS, Ant Design və s.)
- Git və versiya nəzarət sistemləri üzrə biliklər
- Unit Testing və E2E Testing alətləri (Jest, React Testing Library, Cypress) üzrə təcrübə
- RESTful API və GraphQL ilə işləmə bacarığı
- Webpack, Vite, Babel kimi build alətləri ilə təcrübə
- CI/CD proseslərinin qurulması üzrə biliklər
- İngilis dilində texniki sənədləri oxuma və yazma bacarığı
***
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Node.js, Express və backend ilə iş təcrübəsi
- Docker, Kubernetes və konteynerləşdirmə texnologiyaları üzrə biliklər
- Server Side Rendering (SSR) və Static Site Generation (SSG) üzrə təcrübə
- Performans optimallaşdırma və Lighthouse yoxlama təcrübəsi
- Çevik metodologiyalar (Scrum, Agile) üzrə iş təcrübəsi
- Açıq mənbəli layihələrə töhfə vermiş namizədlər
Digər bacarıqlar:
- Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı
- Yaradıcı və istifadəçi yönümlü düşüncə tərzi
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
- Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Middle ReactJS Developer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.










