Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
FED.az xəbər verir ki, AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə assimetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 220-dan artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB İnformasiya texnologiyaları departamentinə Data analitiki üzrə vakansiyanı elan edir.
Vakansiya haqqında:
Vəzifə: Daxili nəzarət üzrə Menecer
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 30.09.2023
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büronun starteji hədəflərinə çatmaq üçün yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflər vermək, eləcə də qərarların qəbul edilməsində iştirak etmək;
- Büronun risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak etmək;
- Büronun risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərini həyata keçirilmək;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial riskləri müəyyən etmək və təkliflər vermək;
- Büronun struktur bölmələrinin biznes prosesləri qiymətləndirmək, risklərin optimallaşdırılması məqsədilə monitorinqlər həyata keçirmək və təkliflər vermək;
- Büronun risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsini təmin etmək;
- Büroda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirmək.
- Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;
- Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
- Zəruri hallarda Büronun daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır);
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
- Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanunvericilik və normativ aktlara dair biliklərə malik olması;
- Yüksək səviyyədə MS Excel biliyi;
- Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.
Digər bacarıqları:
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti;
- Analitik düşünmə bacarığı;
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Stressə davamlılıq.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.