ABŞ və Çin arasındakı ticarət müharibəsi təkcə idxal olunan mallara gömrük rüsumlarının artırılması ilə məhdudlaşmır. FED.az xəbər verir ki, rəqiblər, xüsusilə də ABŞ qarşı tərəfə iqtisadi zərbə vurmaq üçün bütün üsullardan istifadə etməyə çalışırlar.
Bir qədər əvvəl məlum olub ki, ABŞ Çindən 100 il əvvəl buraxılan istiqrazların pulunu istəmək niyyətindədir. Həmin borclar hələ Çin imperiyasının vaxtında – 20-ci əsrin əvvəllərində buraxılıb və onların alıcılarının bir hissəsi ABŞ-dan olan investorlar olub.
İndi rəsmi Vaşinqton Çindən həmin istiqrazların geri alınmasını tələb edə bilər.
Maraqlıdır ki, həmin istiqrazların sahibləri özləri prezident Trampa müraciət edərək belə bir imkanın olduğunu xatırladıb və həmin borcların istənilməsini təklif ediblər. Hətta bununla bağlı Tramp və Çin istiqrazlarının saxlayıcıları arasında görüş də keçirilib. İlkin hesablamalara görə, Çin istiqrazlarının hazırkı qiyməti 1 trilyon dolları keçib.
20-ci əsrin əvvəlindən buraxılan istiqrazların illik gəlirliyi 4,5-5% ətrafında olub.
Hüquqi cəhətdən bu iddialar əsaslı sayıla bilər – çinki Çin Xalq respublikası Çin imperiyasının varisidir. Amma Pekin bu borcları tanımaqdan imtina edir.
Hazırda bu istiqrazları minlərlə amerikalının evində, zirzəmisində və köhnə şkaflarda tapmaq olar. Bu kağızlar kolleksiya əşyaları kimi bir neçə yüz dollara eBay-da da satılır.
Trampla birlikdə görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət naziri Uilbur Ross da iştirak edib.
İstiqraz sahibləri bildirir ki, indiyədək bir neçə investor Çindən kağızların pulunu almaq üçün cəhd etsə də, alınmayıb. «Bu işə prezident Tramp qarışanda isə məsələ dəyişir, o Amerikanın rəhbəridir»-deyə Çin istiqrazlarının sahiblərinin maraqlarını müdafiə edən İonna Byanko bildirir.
Çin istiqrazlarının bir hissəsi 1911-ci ildə Xankou və Sıçuani şəhərlərini birləşdirən dəmiryolunun tikintisi üçün buraxılmışdı. İstiqrazların digər hissəsi isə əsrin ortalarında Sinin sənayeləşməsi üçün buraxılmışdı. Həmin vaxt ABŞ-ın Çin istiqrazlarına pul yatırması «dollar diplomatiyası» sayılırdı, yəni ABŞ bu vasitə ilə böyük iqtisadi imkanları olan Çinlə yaxınlaşmaq istəyirdi.
İndi isə Çin Xalq Respublikası həmin istiqrazlar üzrə öhdəliklərini inkar edir, Pekində bildirirlər ki, istiqrazlar 1949-cu ilədək Çin respublikası tərəfindən buraxılır və indiki dövlətə aid deyil. İstiqraz sahibləri təklif edir ki, Çini cəzalandırmaq üçün. O pulu qaytarmayanadək ona beynəlxalq istiqraz buraxmaq qadağan edilməlidir.
Amma ABŞ maliyyə nazirliyinə yaxın mənbələr bildirir ki, bu məsələnin hüquqi variantı real sayılmayıb, heç Pekin də bu iddiaları ciddi saymır.