15 iyun 2019 13:18

“Azərpoçt” zərərlə işləməyə başlayıb

“Azərpoçt” MMC 2018-ci ili 334 min manat zərər ilə başa vurub. Səbəb gəlirlərin azalmasına qarşılıq xərclərin artmasıdır.

FED.az MMC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Azərpoçt”un cəmi gəlirləri 47 miyon 119 min manat, cəmi xərcləri isə 47 milyon 453 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.

2017-ci ildə “Azərpoçt” 49 milyon 55 min manat gəlirlər əldə etmişdi. Həmin il MMC-nin xərcləri isə 46 milyon 103 min manat təşkil etmişdi. 

“Azərpoçt” 2016-cı ili 4 milyon 595 min manat, 2017-ci ili isə 2 milyon 951 min manat xalis mənfəət ilə bağlamışdı.


Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz