13 iyun 2019 12:57

Maliyyə Palatasına haqq ödəməyən – BANK VƏ ŞİRKƏTLƏR CƏZALANACAQ

Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən banklar, sığorta şirkətləri və digər maliyyə qurumlarını cərimə gözləyir. FED.az xəbər verir ki, bu İnzibati Xətalar Məcələsinə edilən dəyişikliklərdə əksini tapıb.

Milli Məclisin bu günkü iclasında müzakirə olunan dəyişikliyə əsasən, Məcəllənin 471-ci maddəsi yeni redaksiyada verilib. Yeni redaksiya belədir:
 

ELƏCƏ DƏ BAX: Azərbaycanda Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması şərtləri - AÇIQLANIB
 

"Maddə 471. Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi

 

Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləritərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir."

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz