13 iyun 2019 10:44

Mühasiblərdən Natiq Şirinovun bu açıqlamasına - GURULTULU ALQIŞLAR

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumunda vergi ödəyicilərini sevindirəcək açıqlama verib. 

FED.az biznes portalı MKS.az mühasibat portalına istinadən xəbər verir ki, nazirlik nümayəndəsi bildirib: "Növbəti ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin layihə formasında "elektron vergi hesab-faktura" anlayışının Məcəllədən çıxarılması planlaşdırılır. Elektron vergi hesab-faktura tam olaraq elektron qaimə-faktura ilə əvəz olunacaq. Bu gün ƏDV ödəyiciləri qarşı tərəfə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-faktura da təqdim edirlər. Beləliklə, yeni Məcəllə paketi təsdiqləndikdən sonra elektron vergi hesab-faktura məsələsi öz həllini tapacaq." 

Qeyd edək ki, Natiq Şirinovun çıxışı vergi ödəyicilərinin və mühasiblərin alqışları ilə müşayiət olunub.

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz