12 iyun 2019 09:28

Vergi müfəttişlərini dronlar əvəz edir - YUNANISTANDA

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntularını aşkar etmək üçün dronlar göndərilib. FED.az xəbər verir ki, bir gün çəkən əməliyyat nəticəsindən dronlar vasitəsilə 25 min avro məbləğində 145 vergi pozuntusu qeydə alınıb. Ən çox vergi pozuntusu kiçik gəmilər vasitəsilə turistlərlə xidmət göstərən, qəbz verməyən sahibkarlarda aşkar olunub.

Pilotsuz texnikanın istifadəsi inspektorların hadisə yerinə gəlməyərək dəyərli məlumatı almasına xidmət edir. Ölkədə gələcəkdə dronların istifadəsini daha da artırmaq niyyətindədirlər.

Qeyd edək ki, dronlar artıq ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa və digər ölkələrin polis xidmətləri tərəfindən geniş istifadə olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz