22 may 2019 18:42

Banklar 6,76%-ə də razıdırlar - HƏRRACDA 4 QAT TƏLƏB

Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının gəlirliyi aşağı düşməkdədir. 

FED.az xəbər verir ki, mayın 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100476S  dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 785 milyon 592 min 500 AZN olub. 
Başqa sözlə, sifarişlərin həcmi notların təklifini təqribən 4 dəfə üstələyib. 

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. 

Notların ödəmə tarixi 19.06.2019

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz