Cümə günü ABŞ dolları əsas valyuta səbətindəki məzənnələrlə müqayisədə artdı. Deməli, qısamüddətli dövrdə faiz dərəcələrinin artmasına inam yaratdı.
San-Fransisko FRB-nin prezidenti Con Uilyamsın cümə axşamı günü faiz dərəcələrinin sentyabrda artacağı ehtimalının olması faiz dərəcələrinin yaxın zamanda artması ilə əlaqədar ehtimal bazarda diqqəti öz üzərinə yenə də cəmləməyi bacardı.
«Yaxşı impulsa malik güclü daxili iqtisadiyyat fonunda yaxşı olardı ki, tədricən faiz dərəcələri mümkün qədər tez artsın” deyə Uilyams bildirmişdir.
Uilyamsın ardınca digər yüksək rütbəli FRS məmurları da qızğın nitqlər söyləmişlər. Məsələn, Nyu-York FRB-nin prezidenti Uilyam Dadli və Atlanta FRB-nin prezidenti Denis Lokxart bildirmişlər ki, sentyabrda faiz dərəcələrinin artımı baş verə bilər.
Investing.com-dan verilən məlumata görə Rate Monitor Tool servisinə müvafiq olaraq hazırda federal fond fyuçersləri ABŞ-da sentyabr ayında faiz dərəcələrinin 12% arta bilmə ehtimalının mümkünlüyünü qiymətləndirir. Dekabrda artımın baş vermə ehtimalı isə 46% səviyyəsində qiymətləndirilir.
Dollar indeksi cümə günü 0.4%-ədək artmış və həftənin sonu 94.48 səviyyəsində olan göstərici ilə başa çatmışdı, çünki investorlar bu il FRS-in faiz dərəcələrini qaldıracağına əmin idilər.
Cümə günü artımın olmasına baxmayaraq ABŞ-da faiz dərəcələrinin növbəti qalxma müddətlərinə dair qeyri-müəyyənlik olduğundan dollar həftə sonunu 1.25% itki ilə başa vurmuşdu.
Çərşənbə günü dərc edilmiş FRS pul-kredit siyasətinin müəyyən edilməsi üzrə iyul iclasının protokolu göstərdi ki, faiz dərəcələrinin bu il qalxması zərurəti ilə əlaqədar mərkəzi bank siyasətinə görə məsul olan şəxslər arasında hələ də fikir ayrılıqları mövcuddur.
Dollar yuana qarşı 0.3% qalxdı və cümə günü 100.21 civarında başa çatdı. Amerika məzənnəsi çərşənbə axşamı günü 99.50 minimumuna çatdı, bu isə Böyük Britaniyanın Avropa İttifaqını iyunun sonunda tərk etməsi qərarından bəri müşahidə edilən ən aşağı qiymət idi. Bu valyuta cütü 4 dəfə dalbadal düşərək həftə ərzində 1.1% itirdi.
Avro o vaxtacan 0.25%-ə, 1.1323 qiymətinədək düşdü və səkkiz həftəlik maksimumundan - 1.1365 sessiyasından uzaqlaşdı. Dollara münasibətdə bu valyuta 1.5% qalxaraq ardıcıl ikinci həftə artım nümayiş etdirdi.
Fnt ABŞ dollarına münasibətdə 1.3076 qiymətində qərarlaşış 0.7% düşdü, habelə Brexitdən sonra milli iqtisadiyyatın artım perspektivi üzündən baş verən hadisələr fonunda həftəyə 1.2% qalxdı.
Britaniyanın Aİ-ni tərk etməsi qərarından sonra Britaniya iqtisadiyyatının stabilliyi qoruyub saxladığına işarət edən pərakəndə satış həcmi, məşğulluq səviyyəsi və inflyasiya səviyyəsi bütün proqnozları üstələmişdi. Bunu göstərən məlumatlardan sonra isə sterlinq 1.3184-ə sıçradı.
Bu həftənin əvvəlində funt 31 illik minimumuna yəni 1.2798 dollara, yaxınlaşdı. Bu isə iyulda referendumdan irəli gələn iqtisadi zərərin ilk dəlillərini təqdim edəcək qarşıdan gələn britan məlumatları ilə əlaqədar təhlükələr fonunda reallaşmağa başladı.
Qarşıdan gələn həftə bazar iştirakçıları FRS-in sədri Canet Yelenin Vayominq ştatının Cekson Holda keçiriləcək dünyanın mərkəzi banklarının aparıcı bankirləri və iqtisadçıları ilə illik görüşündə söyləyəcəyi səbirsizliklə gözlənilən nitqinə diqqət yetirəcəklər. Belə ki, bu nitq bilavasitə ABŞ-da faiz dərəcələrinin növbəti dəfə nə zaman artırılacağı müddətinə dair təzə işarələr verəcəkdir.
Bununla yanaşı, investorlar ABŞ iqtisadi hesabatlarına da xüsusi diqqət ayıracaqlar. Bu isə dünyanın ən böyük iqtisadiyyatlarından birini düzgün qiymətləndirmək imkanı verəcək.
Bazar iştirakçıları həmçinin iqtisadi artım üzrə britan məlumatlarını da gözdən keçirəcək, buna diqqət yetirəcəklər ki, referendum ərəfəsində biznes investisiyaların və istehlak xərclərinin növbəti göstəriciləri ilə bağlı düzgün proqnoz verə bilsinlər.
Treyderlər də həmçinin çərşənbə axşamı günnə işgüzar aktivlik üzrə avrozona məlumatlarının dərc edilməsini və Britaniyanın Aİ-dən çıxması qərarı nəticəsində region iqtisadiyyatının nə dərəcədə sağlam olması barədə təzə siqnalların olmasını gözləyirlər.
İnflyasiya üzrə yapon məlumatları həmçinin diqqəti cəlb edəcək və investorlara dünyanın üçüncü böyük iqtisadiyyatının gələcək stimullaşdırılması zərurətini qiymətləndirmək imkanı verəcəkdir.
Investing.com bazarlara təsir edə biləcək bu və digər hadisələrin siyahısını hazırlamışdır.
Bazar ertəsi, 22 avqust
Kanada topdan satış məlumatlarını dərc edəcəkdir.
Çərşənbə axşamı, 23 avqust
Yaponiya Bankının Qubernatoru Xaruxiko Kuroda Tokyodakı tədbirdə çıxış edəcək.
Avrozona özəl sektorun aktivliyi barədə məlumatları dərc edəcək.
ABŞ yeni yaşayış məskənlərinin satışı barədə məlumatları dərc edəcək.
Çərşənbə, 24 avqust
Yeni Zelandiya ticarət balansı üzrə hesabat buraxacaq.
Avstraliya tamamlanmış tikinti işləri barədə məlumatlar buraxacaq.
ABŞ ikinci dərəcəli bazarda yaşayış yerlərinin satışı barədə hesabatı, həmçinin neft ehtiyatları barədə həftəlik məlumatları da dərc edəcək.
Cümə axşamı, 25 avqust
Elmi-tədqiqat institutu IFO Almaniyadakı işgüzar vəziyyət barədə hesabat buraxacaqdır.
ABŞ işsizlik müavinəti üzrə ərizələrə dair məlumatları və uzunmüddətli istifadə olunan məhsulların sifariş həcmlərinə dair məlumatları dərc edəcəkdir.
Cekson Hol, Vayominqdə ən tanınmış bankirlərin və mərkəzi bank iqtisadçılarının illik görüşü başlayacaqdır.
Cümə, 26 avqust
Yaponiya inflyasiya ilə bağlı məlumatları dərc edəcəkdir.
Böyük Britaniya ikinci rübdə iqtisadi artım barədə gözdən keçirilmiş məlumatları dərc edəcəkdir.
ABŞ ikinci rübdə həmçinin artım üzrə dəqiqləşmiş məlumatları nəşr edəcəkdir, eləcə də Miçiqan universiteti tərəfindən yenidən baxılmış istehlakçıların əhval-ruhiyyəsi göstəricilərini yenidən dərc edəcəkdir. FRS rəhbəri Yellen Cekson Holda nitq söyləyəcək. Belə bir söhbətlər yayılıb ki, Yellen öz çıxışından faiz dərəcələrinin sentyabrda artacağına işarə etmək üçün istifadə edəcəkdir, bu vəziyyət isə amerikan mərkəzi bankının yüksək rütbəli məmurlarının alovlu bəyanatları ilə bilavasitə əlaqədardır.
Mənbə: Investing.com©
22-26 avqust tarixinə baş verən hadisələrin qısa xülasəsi və makrostatistik məlumatlar
10:32
30 Avq 2016