RAEX agentliyinin verdiyi ilkin proqnoza əsasən 2016-cı ildə Rusiya sığorta bazarının nominal həcmi 2-5%-dən çox artmayacaqdır. Bu isə həmin bazardakı vəziyyətin inflyasiyanı nəzərə almasaq aşağı düşməsi deməkdir. Avtokasko sığortasında və hüquqi şəxslərin əmlak sığortasında qoyulan haqların sayı aşağı düşdüyündən dempinq riski artacaqdır. Məcburi avtomobil sığortası (ОСАГО) və həyat sığortasında azalma müşahidə edildiyindən bu vəziyyət zərərin artmasına və şəxsi vəsaitlərdə gəlirliliyin azalmasına gətirib çıxaracaqdır. Eyni zamanda investisiyaların sığorta sahəsindən xaricolması təhlükəsinin mövcudluğuna görə sığorta bazarının maliyyə sabitliyi zəifləyəcəkdir. RAEX hesablamalarına görə 2016-cı ildə mənfi reytinqli hərəkətlər bu sahədə üstünlük təşkil edəcəkdir.
RAEX-in verdiyi ilkin proqnoza görə sığorta bazarına qoyulan gəlirlərin artım tempi 2-5%-dən çox olmayacaq və bazarın həcmi 1070 milyard rubldan yuxarı olmayacaqdır. Bu ilkin proqnoza əsasən banklar bazarında çox az nəzərəçarpan böhranın olması, Rusiyaya qarşı mövcud sanksiyaların cari vəziyyətdə olduğu kimi saxlanılması, ÜDM həcminin nisbətən az nəzərəçarpacaq dərəcədə azalması gözlənilir. RAEX-in verdiyi mənfi proqnoza görə sığorta bazarının həcmi 2016-cı ildə 1-4%-ədək azalacaqdır. Bu mənfi mənzərə bank sektorunda müşahidə olunan böhranın dərinləşməsi, Rusiyaya qarşı sanksiyaların artması, ÜDM-in nəzərəçarpan şəkildə azalması baş verərsə reallaşacaqdır. Bu proqnozlar inflyasiyanı nəzərə almadan nominal şəkildə ifadə edilmişdir.
Avtokasko seqmentlərinə və hüquqi şəxslərin əmlakının sığortasına qoyulan haqların sayı azaldığından dempinq riskinin artacağı gözlənilir. İlkin proqnoza görə avtokasko sığorta bazarının həcmi 2016-cı ildə 9-12%-ə qədər azalacaqdır, mənfi proqnoza görə isə bu faiz 15-18%-ə qədər düşəcəkdir. Bura qoyulan haqların azalması səbəbi isə avtomobil satışının aşağı düşməsi və sığorta polisinin qiymətləri yüksək olduğundan avtomobil sahiblərinin onları əldə etməkdən imtina etməsi göstərilir. Bununla yanaşı, tariflərin qalxması tələbin azalmasına da təsir göstərəcəkdir. İlkin proqnoza görə hüquqi şəxslərin əmlakının sığorta bazarı 5-8%-dək aşağı düşəcək, mənfi proqnoza görə isə bu faiz 9-12%-ə qədər düşəcəkdir. Belə halda isə bazarda dempinqin artma ehtimalı yüksəkdir. Nəticədə, rezervləşdirməmə prosesi güclənəcək, ayrı-ayrı sığortaçıların maliyyə sabitliyi aşağı düşəcək, bu da öz növbəsində reytinqlər səviyyəsinə mənfi təsirini göstərəcəkdir.
Məcburi avtomobil sığortası və həyat sığortası üzrə ödənişlərin artımı fonunda müşahidə edilən zəifləmə və bununla bağlı haqların artım tempindəki zəifləmə sığortaçıların maliyyə nəticələrinin zəifləməsinə gətirib çıxaracaqdır. 2016-cı ildə həyat sığortasının artım tempi 9-12%, məcburi avtomobil sığortasında isə 14-17% təşkil edəcəkdir. Mənfi proqnoza əsasən isə bu göstəricilər müvafiq olaraq 2-5% və 10-13% təşkil edəcəkdir. Məcburi avtomobil sığortasında baş verəcək zəifləmə məhz tariflərin artması nəticəsində meydana çıxacaqdır. Həyat sığortasında müşahidə edilən zəifləmə isə əhalinin kreditləşməsi prosesinin azalması və həyat üçün investisiya, yığım sığortası seqmentində tədricən tələbin kifayət qədər olması ilə əlaqədar olacaqdır. Buna baxmayaraq, 2016-cı ildə hər iki seqmentdə ödənişlərlə bağlı artımın sürətlənəcəyi gözlənilir. Məcburi avtosığortada bunlar ödənişlərin yeni limitlər üzrə artması ilə əlaqədar olacaq, həyat sığortasında isə bu sığorta növünün orta müddətli müqavilələri üzrə ödəniş vaxtının çatması ilə əlaqədar olacaqdır. Beləliklə, bu iki sığorta seqmenti üzrə ixtisaslaşmış sığortaçılar zərərin artması və şəxsi vəsaitlərdə gəlirliliyin azalması ilə üzləşəcəklər. Nəticədə, bu vəziyyət sığorta şirkətlərinin reytinqinə mənfi təsir göstərəcəkdir.
Maliyyə sabitliyinə və sığortaçıların etibarlılıq reytinqinə müsbət təsir göstərəcək faktor fiziki şəxslərin əmlak sığortası seqmentindəki artım ola bilər. Bu da qablaşdırılmış məhsulların təşviqi və təbii fəlakətlərdən sığortalanmanın inkişafı hesabına baş verə bilər.
Sığorta bazarı iştirakçılarının şəxsi vəsaitləri üzrə orta bazar gəlirliliyinin proqnozlaşdırılan azalması ilə bağlı bu sahədən investisiyaların mümkün xaricolmaları bazarın maliyyə sabitliyini azaldacaqdır. RAEX-in ilkin proqnozuna əsasən sığorta bazarının staqnasiyası, məcburi avtosığorta tariflərinin artması nəticəsində tədricən azalma effektinin müşahidə edilməsi, depozitlər üzrə bank dərəcələrinin aşağı düşməsi nəticəsində 2016-cı ildə Rusiya sığortaçılarının şəxsi vəsaitlərinin gəlirliliyi 6-7%-ə çatacaq, mənfi proqnozlara görə isə 4-5% olacaqdır. Xərclərin payına düşən faiz dərəcəsi isə 2015-ci ildə də olduğu kimi ən yaxşı halda 43%, ən pis halda 44-45% təşkil edəcəkdir. Ortalama olaraq ümumi zərər-netto əmsalı (məhkəmə xərcləri istisna olmaqla) ilkin proqnoza görə 100-101%, mənfi proqnoza görə 103-104% təşkil edəcəkdir.
2016-cı ildə avtomobil satışları aşağı düşəcəyinə və sığorta polisinin qiymətinin artması səbəbindən bir çox avtosahiblərin onu əldə etməkdən imtina edəcəyinə görə avtokasko sığorta bazarının həcmi də aşağı enəcəkdir. Zərərin artması isə öz növbəsində sığorta şirkətlərinin reytinqinə də mənfi təsir göstərəcəkdir.
Avtokasko sığortasına əhalinin marağını artırmaq üçün sığorta şirkətləri güclü şəkildə öz məhsullarını franşiza və sığorta xərclərini azaldan telematik cihazlar vasitəsilə irəli çəkəcəklər.
Digər faktor isə şirkətlərin sığorta proqramlarına çəkdiyi xərclərin 2016-cı ildə nisbətən azalması olacaqdır. O cümlədən əhalinin kreditləşməsi və xaricə səfər edən turistlərin sığortalanmasında müşahidə edilən azalma da sığorta bazarına öz mənfi təsirini göstərəcəkdir.
ÜDM-in azalması və iqtisadiyyatın zəifləməsi də öz növbəsində hüquqi şəxslərin əmlakının sığortalanmasına ayrılan xərclərin həcminə mənfi təsir göstərəcəkdir.
Habelə, qablaşdırma məhsullarının təşviqi və fiziki şəxslərin əmlakının təbii fəlakətlərdən sığortalanmasında müşahidə edilən inkişaf isə 2016-cı ildə bu seqmentin artmasına şərait yaradacaqdır.
Deməli, yuxarıda deyilənləri ümumiləşdirsək, belə nəticəyə gəlmək olar: RAEX qiymətləndirməsinə görə 2016-cı ildə əsasən neqativ reytinqli hərəkətlər üstünlük təşkil edəcəkdir.
Mənbə: www.raexpert.ru