Hotellər və Restoranlar Assosiasiyası (DAİR) ölkənin spirtli içkilər bazarında mövcud vəziyyətdən narahatlığını bildirib. Təşilatın rəhbəri Samir Dübəndi FED.az-a bildirib ki, DAİR-in apardığı monitorinqlərin nəticələrinə əsasən restoranlarda satılan brend spirtli içkilərin əksər hissəsi kontafaktdır. Eyni zamanda kontrabanda içkilərin də satılması haqqında faktlar az deyillər.
“Gəlmə turizmın inkişafı ilə əlaqədar içtimai iaşə sektorunda çanlanma müşaidə olunur, sürətlə sayı artan yeni obyektlərin əksəriyyəti spirtli içkilər təklif edirlər. Bunlar restoranlar, barlar, kafelərdirlər və onların bir qismi mehmanxanalar nəzdində fəaliyyət göstərirlər. Məlumdur ki, xaricilər daha çox brend spirtli içkilərə üstünlük verirlər – bunların tamı və keyfiyyəti onlara bəllidirlər. Bu brendlər sırasında, yerli istehsalçılar tərəfindən təklif edilən çeşiddə analoqu olmayan, bir çox dünya şöhrətli viski, tekila, rom, sampan şərabları, konyak, likyor və sairlərini sadalamaq olar.
HORECA (qonaqpərvərlik sənayesi və içtimai iaşə sektoru) bazarında kontrafakt malların satışı ciddi narahatlıq yaradır. Keyfiyyətsiz alkoqolun istifadəsi nəticəsində insan səhhətinə ciddi zərər verən fəsadlar yarana bilərlər və hətta belə hallar ölümlə nəticələnə bilərlər. Və əgər bu xarici vətəndaşın başina gəlsə obyekt öz imicinə zərər vurmaqla yanaşı bir başa ölkənin də imicinə mənfi təsir göstərir. Ona görə HORECA sahəsində çalışan obyektlər kimdən və nə alırlar haqqında ciddi düşünməlidirlər”-deyə açıqlamada bildirilir.
Təşkilat digər faktlar əsasında bildirir ki, alkoqolun mənşəli onlara öncədən bəlli olaraq barmenlər və menecerlər tərəfindən sifariş edilirlər, malın çatdırılması isə “xırda alverçilərlə” yanaşı rəsmi distribütorların riyakar əməkdaşları tərəfindən də təmin edilir. Təəcüblüsü odur ki, bəzi hallarda, gəliri artırmaq məqsədilə, kontrafaktın alınmasının və realizasiya edilməsinin təşəbbüskarları hətta biznesin sahibkarları olurlar.
Məlumdur ki, hələ 2015-ci ildə Azərbaycanda tütün məmulatının, etil spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Bu isə adı gedən biznes seqmentin inkişafını stimullaşdırmışdır. Eyni zamanda dövlət nəzarəti mexanizmları təkmilləşdirilmiş və sanksiyalar sərtləşdirilmişdirlər. Parakəndə satış istisna olmaqla alkoqol içkilərin nəğd pulla satılmasına görə cinayət məsuliyyəti tətbiq edilib.
“Əfsuslar olsun ki, hələ də HORECA sahəsində çalışan bir çox müəsissələr, əhalinin və xarici qonaqların səhhətini riska məruz qoyaraq, alkoqol içkiləri həm “küçə alverçilərindən” (челнок)” və eyni zamanda qanun pozuntularına yol verən ənənəvi topdan satış dükanlarından əldə edirlər”.
Bazarda kontrafakt spirtli içkilərin olması başqa bir faktla da təsdiqlənir: “Bir çox işbazlar tərəfindən, utilizasiya qiymətindən qat-qat baha qiymətə, brend spirtli içkilərin boş qabları alınırlar. Məsələn, əgər bir butılkanın utilizasiya qiyməti 4-10 qəpikdirsə, brend içkinin butılkası 2-4 manata alınır. Bu isə onu göstərir ki, butılka ikinci istifadəyə qayıdaraq saxta mala çevrilicək. Malın keyfiyyətinin qorunması məqsədilə taranın idxalçılar tərəfindən alınması hardasa anlanılardır, amma bu onlar tərəfindən heçdə aparılmır. Məsələ bir qədər də mürəkkəbləşir, ona görə ki, bu işlə hətta utilizasiya edən şirkətlər də məşquldurlar. Yalnız onlar, göründüyü kimi, bu cinayətkar sxemdə vasitəçi rolundadırlar”-deyə bildirilir.
Bunlarla yanaşı alkoqol içkilərin gecə satışı da aktivləşib. Qaranlıq düşdükdən sonra bir çox “gecə alverçiləri” obyektlərə kontrafakt və kontrabanda malları çatdırırlar.
“Yaranmış vəziyyət rəsmi idxalçıları və distribütorları qiymətləri dempinq etmək və hətta kontrafakt satmağa vadar edir, çünki onlar belə bir rəqabətə dözə bilmirlər. İdxalçı şirkətlərin miqyasını və onların geniş loqistika şəbəkələrini nəzərə alsaq bu şirkətlərin qeyri qanuni alkoqol satışında iştiraklarının istehlakçılar, ölkə büdcəsi və ümmümilikdə biznes üçün gözlənilməz mənfi nəticələri qaçılmazdırlar.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 600 mindən artıq saxta aksiz markalarının aşkar edilib saxlanması üzrə bu yaxınlarda keçirdiyi əməliyyatı kontrafaktın ölkədə nə qədər miqyaslı olmasını göstərir”-deyə bildirilir.
Avropa Şurasının EUİPO İnteıllektual Mülkiyyət üzrə İdarəsinin rəsmi göstəricilərinə görə: “Alkoqol içkilərin kontrafakt bazarı Avropa istehsalçılarına ildə 1.3 milyard avrodan artıq zərər gətirir. Bu isə Avropa bazarının ümumi satış həcminin 3.3%-nı təşkil edir.”
Bizim fikrimizcə hər hansı bazarda təmsil edilmiş brendin vəziyyəti və imici ilk növbədə istehsalçı şirkətləri – brendin mülkiyyətçilərini narahat etməlıidir. Brend ambassadorlar aktiv cəlb edilməlidirlər. İçkilərin keyfiyyət baxımından yoxlanması üçün müxtəlif iqtisadi və texniki imkanlar mövcuddurlar.
Alkoqol içkilərin keyfiyyətini yoxlamaq məqsədilə bu sahədə ixtisaslaşmış təşklatlara müraciət edilməsi təşəbbüsünü biz öz üzərimizə götürə bilərik. İçtimai iaşə və istehlakçıların hüquqlarının qorunması sahələrində fəaliyyət göstərən bütün içtimai təşkilatları bu təşəbbüsə qoşulmağa çağırırıq.
Eyni zamanda hüquq mühafizə orqanlarına və bütün aidiyyatı nazirliklərə və idarələrə adı gedən sahədə kontrafakt və kontrabanda malların qeyri qanuni istehsalı, idxalı və satışına nəzərəti gücləndirmək məqsədilə müraciət edirik.
Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasına, bu məhsullara istehlakçılarda olan tələbatının təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə və bu sahədə qəbul edilmiş qanunlara, normalara və qaydalara riayət olunmasına habelə alkoqol tərkibli məhsulların istehsalı və dövriyyəsi sahəsində dövlət tənzimləmə sisteminə xüsusi diqqət yetirilməlidir.
Alkoqol tərkibli məhsulların dövriyyəsini tənzimləmək və bu sahədə nəzarəti gücləndirmək məqsədilə həllərdən biri, digər ölkələrin təcrübəsində istifadə edilən, vahid dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaranması da ola bilər.
Habelə yada salmaq istərdik ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında 1 Yanvar, 2018-ci il tarixindən etibarən ölkədə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayacaq. Qida məhsullarının, o cümlədən içkilərin keyfiyyətinə nəzarəti gücləndirmək və istehlakçıların hüquqlarının qorunması sahəsində Agentlik əvəzsiz rol oynayacaq.
«Restoralardakı içkilərin əksəriyyəti saxtadır» - RƏSMİ DİSTRİBÜTORLARIN DA ƏLİ VAR
23:19
29 Okt 2017