Az inkişaf edən ölkələrin borcları 2019-cu ilin sonunda rekord həddə çatıb.
FED.az Dünya Bankının bugünkü hesabatına istinadən xəbər verir ki, İMF və G20 ilə birgə irəli sürdükləri təşəbbüs çərçivəsində borc ödəmələri dayandırılan ölkələrin məcmu borcları 2019-cu ildə 9,5 faiz artaraq 744 milyard ABŞ dolları kimi rekord həddə çatmışdı.
“Beləliklə, COVID-19 pandemiyası ucbatından dövlət borclarının daha da artması təhlükəsinin qarşısını almaq üçün borcverənlərlə borcalanlar arasında əməkdaşlığın zəruri olduğu bir daha ortaya çıxdı”, - deyə sənəddə qeyd olunur.
Dünya Bankının hesabatında az və orta gəlirli ölkələrə nisbətən yoxsul ölkələrdə borc artımı sürətinin iki dəfə çox olduğu, rəsmi kreditorlar, əsasən G20 ölkələri qarşısındakı borclarının 178 milyard ABŞ dollarına çatdığı də göstərilir.
“Borclarda uzunmüddətli sabitliyin əldə olunması borcların və yatırımların şəffaflığına dair yanaşmalardakı köklü dəyişikliklərin olub-olmamasından asılıdır. Yoxsul ölkələrdə insanların üzləşdikləri borc böhranına qarşı mübarizə ilə bağlı daha əhatəli mövqe tutmaq vaxtı gəlib. Bu da borc çərçivəsində ödəmələrin dayandırılması, borcu azaltmaq istiqamətindəki məqsədyönlü səylər, borcun şəffaflaşdırılmasına əsasən daha sürətli restrukturlaşdırılması deməkdir”, - Dünya Bankı Qrupunun prezidenti David Malpass bildirib.
Dünya Bankı qarşıdakı 15 ay ərzində 100-dən artıq ölkədəki layihələrin həyata keçirilməsi üçün 160 milyard ABŞ dollarına yaxın vəsait ayırmağı nəzərdə tutur. (qafqazinfo.az)