Əsas müddəalar
Dünyada baş verən dəyişikliklərə və artan tələbata cavab olaraq qida təhlükəsizliyini 2030-cu ilə qədər qida təchizatının təmin edilməsi kimi nəzərdən keçirəcəklər. Qida təhlükəsizliyi nəinki qlobal və sistemli bir problemdir, həmçinin AB üçün innovasiya, ticarət, sağlamlıq, rifah və geosiyasət kimi sahələrdə mühüm rol oynamaq imkanıdır. Qida təhlükəsizliyindən çıxıb qida sistemlərinə olan yanaşmayadək irəliləyə bilməkdən ötrü AB (Avropa Birliyi) səviyyəsində yaxşı koordinasiya və ardıcıllığın olması mühüm faktorlardandır.
Qida sektoru mükəmməl olmasa da nəzərəçarpan dərəcədə irəliləyişlər əldə edə bilmişdir. Lakin bu inkişafa baxmayaraq, son vaxtlarda alınan hesabatlar onu göstərir ki, 2012-2014-cü illər ərzində 805 milyon insan aclıq və səfalət içində yaşayırdı. Bütün bunları diqqət mərkəzində saxlamaqla kənd təsərrüfatı probleminə ayrılan yer də mühüm müzakirə mövzularından birinə çevrilmişdi.
Qida təhlükəsizliyi bilavasitə aclıq, kasıblıq və humanitar aspektlərlə bağlıdır. Buna görə də 2030-cu il qlobal qida təhlükəsizliyinin təmin edilməsi üçün JRC bütün ekspertləri və bu işdə maraqlı olan şəxsləri bir araya gətirmişdir ki, onlar qida təhlükəsizliyinin yaxşılaşdırılmasında və inkişafında əlindən gələn səyi göstərəcəkdilər. Hətta mövzu ilə əlaqədar bütün proses AB-nin gələcək rəhbər siyasəti üçün faydalı olan struktur müzakirələrin aparılmasından ötrü işlənilib hazırlanmışdı.
2030-cu ilin ümumi nəzəri baxışına görə həmin ildə aşağıdakı vasitələrlə qidasızlıqdan əziyyət çəkən insanların sayının nisbətən azalacağı, eyni zamanda qida təhlükəsizliyinin sabit şəkildə təmin ediləcəyinə də zəmanət verilməsi proqnozlaşdırılır:
-
Kənd təsərrüfatı istehsalı sistemlərinin nəzərəçarpan transformasiyası (investisiyalar, araşdırma və treninqlər yolu ilə);
-
Aqrar rayonlarda müvafiq məqsədəuyğun ətraf mühitin təmin edilməsi və xidmət göstərilməsi (aqrar inkişaf)
-
İstehsalat və istehlakın balanslaşdırıldığı yerli, regional və qlobal səviyyələr arasında qida sistemi (bazarlar və ticarət)
-
əsasən məsuliyyətli istehlakçı davranışının stabil qiymətlər formalaşdırdığı yerdə tələb yönümlü qida sistemi.
AB-nin hazırki qida təhlükəsizliyi üzrə siyasəti əsasən 2030-cu ilə qədər aşağıdakı problemlərin həllinə yönləndirilmişdir:
-
qida təhlükəsizliyinin təmin edilməsi
-
kasıblığın nisbətən qarşısının alınması imkanları
-
təbii resursların davamlı istifadəsinin gücləndirilməsi.
AB-nin qida təhlükəsizliyi məsələsi ilə məşğul olan gələcək siyasətçilər ola bilsin gələcək qida sistemini nəzərəçarpan şəkildə formalaşdıran dəyişən demoqrafik və sosial-iqtisadi trendlər nəticəsində problemləri və imkanları bütünlükdə nəzərdən keçirib həll edəcəklər. Qida təhlükəsizliyi məsələsi ilə məşğul olan hazırki siyasətçilər isə aclıq və kasıblıqla bağlı olan həmin təhlükəsizliyin planlaşdırılması üzrə fokslanmalı və məsələ ilə əlaqədar gələcək fəaliyyətlərini bir daha nəzərdən keçirməlidirlər.
Giriş və izahat
Qida təhlükəsizliyi bundan əvvəl də vurğulandığı kimi aclıq, kasıblıq və insan həyatının humanitar-bəşəri aspektləri ilə sıx bağlıdır.
Qida təhlükəsizliyi məfhumu çox geniş bir anlayışdır və 4 əsas məqamı özündə əks etdirir:
-
qidanın əlçatan və mümkün olması
-
qidanın fiziki və iqtisadi baxımdan əlçatan olması
-
qidanın mədəni və dietik tələblər əsasında istifadə edilməsi
-
onun mövcud olduğu vəziyyətin stabilliyi
Yaxın on il ərzində qlobal qida təhlükəsizliyinə müəssər olmaq prosesi ən kritik problemlərdən birinə çevriləcəkdir. Hazırki günədək dünyanın qarşısında duran ən əsas tapşırıq və vəzifə aclıq səviyyəsini aşağı salmaqdan ibarətdir (yəni ac insanların səviyyəsini 50%-dək azaltmaqdır). Sözügedən sahədə nəzərəçarpan inkişafın olmasına baxmayaraq, əldə olan statistika onu göstərir ki, bütün dünyada 805 milyon insan 2012-2014-cü illər ərzində lazımi miqdarda qida əldə edə bilməmiş və aclıq çəkmişlər.
Statistika həm də onu göstərir ki, aclıqdan əziyyət çəkən çoxlu sayda insan (791 milyon) məhz inkişaf etməkdə olan ölkələrdə yaşayır. Hətta Saxara səhrasından cənub istiqamətində həmin insanların çoxusunun xroniki aclıqdan əziyyət çəkməsi və sayının artması da müşahidə edilmişdir.
Eləcə də siyasi, sosial, iqtisadi və ekoloji məsələlər kimi müxtəlif məhdudiyyətlər nəticəsində ac qalan insanların regionlar üzrə müxtəlif nəzərəçarpan statistikaları da aparılmışdır.
Son on il ərzində qida təhlükəsizliyi məsələsi ilə bağlı aparılan müzakirələr əsasən kənd təsərrüfatı istehsalatı sahəsində öz əksini tapmışdır. Bunun da məntiqi izahı vardır: aqrar rayonlarda aclıqdan əziyyət çəkən əhalinin sayı getdikcə artır və tarlaların (aqrar torpaqların) sayının genişlənməsi məhdudlaşacaqdır, qlobal iqlim dəyişiklikləri də öz növbəsində məhsuldarlığa və əkinə güclü təsir göstərəcəkdir.
Bir sıra hallarda kənd təsərrüfatı sahəsində qida təhlükəsizliyi üzrə olan məhdudiyyətlər heç də qida məhsullarının istehsalı ilə deyil, müasir imkanların (yaxşı infrastruktur, kommunikasiya və informasiya alətləri) yoxluğu ilə bağlıdır. Bu seqmentin yaxşılaşdırılması üçün uzun müddət boyunca araşdırma və tədqiqatlar aparılmış, regionlarda (xüsusən də insanları qida məhsulları ilə təmin etməkdə kənd təsərrüfatının böyük rol oynadığı Afrikada) kənd təsərrüfatının səviyyəsinin yaxşılaşdırılması üzrə proqram tərtib edilmişdi.
2030-cu ilə qədər kənd təsərrüfatı şəraitinin yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərdən biri də JRC (Avropa komissiyasının ümumi elmi-tədqiqat və araşdırmalar mərkəzi)-nin yaradılması idi ki, həmin mərkəz 2030-cu ilə təhlükəsizliyi pisləşdirən vəziyyətlərin proqnozlaşdırılması üzərində iş aparır. Həmin araşdırmanın məqsədi 2030-cu ildə dünyanın qida məsələsi ilə bağlı vəziyyətinə nəzərəçarpan şəkildə təsir edəcək potensial halları araşdırmaqdan və AB siyasətinin müdaxiləsi üçün ən zəruri sahələri identifikasiya etməkdən ibarət idi.
Qida təhlükəsizliyinin qlobal ölçülməsi istiqamətində fəaliyyət göstərmək onların yanaşmasıdır.
Mövcud vəzifə və tapşırıqla əlaqədar cari ildən tutmuş növbəti illərədək aşağıdakı dövrləri ayırd etmək olar:
-
hazırki dövrdən 2020-ci ilə qədərki dövr: dünyada kasıb və aclıq çəkən əhalinin sayının azaldılmasına yönləndirilmiş qida təhlükəsizliyi vəziyyəti ilə bağlı mühüm və nəzərəçarpan siyasi anlam
-
2020-2030-cu illər: qidaya olan tələbatın artması və innovasiyalar sahəsində və aclıqla mübarizə strategiyaları sahəsində nəzərəçarpan inkişaf
-
2030-2050-ci illər: əhalinin dünya üzrə sayının artması və qida münasibətlərinin tənzimlənməsində yeni sosial modelin yaradılması.
Qida təhlükəsizliyinin dəyişməsindəki əsas faktorlar bunlardır:
-
Demoqrafiya
-
Urbanizasiya və iqtisadi artım
-
Qidaya olan qlobal tələbat və dietik faktorun əhəmiyyəti
-
Təbii resursların intensiv istismarı
-
İqlim dəyişiklikləri
-
Qida məhsullarının qiyməti.
Mənbə: 2030-ci il üzrə qlobal qida təhlükəsizliyi barədə hesabat