Yaponiya son illərdə nadir hallarda istifadə etdiyi pul müdaxiləsinə qayıtdı. FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 26 aprel-29 may tarixləri arasında Yaponiya valyuta müdaxiləsinə 9,789 trilyon yen və ya 62,42 milyard dollar xərcləyib.
Avrozonada inflyasiya artımı avronun bahalaşmasına - SƏBƏB OLDU
Nazirlik qeydlərinə görə, Yaponiya hökuməti 2022-ci ilin oktyabrından bəri ilk dəfədir ki, belə bir bazar tədbiri həyata keçirir. Yaponiya valyutasını sabitləşdirmək üçün sonuncu dəfə 2022-ci ilin oktyabrında üç dəfə müdaxilə edib və bu müddət ərzində cəmi 9,2 trilyon yen xərclədiyi bildirilir.
Bu ilki müdaxilə Yapon yeninin aprelin sonunda minimuma enərək, bir dollar üçün 160 civarına düşməsi ilə baş verdi. Daha sonra yen kəskin şəkildə yüksəldi və Yaponiya hökumətinin müdaxiləsi ilə bağlı fərziyyələrə səbəb oldu.
Yaponiyanın monetar müdaxiləsinin əsas səbəbi yapon ixracatçılarının rəqabət qabiliyyətini qorumaq və xarici ticarət balansını tarazlaşdırmaqdır. Aşağı valyuta məzənnəsi Yapon mallarını xaricdə daha rəqabətədavamlı edə bilər, eyni zamanda idxalı bahalaşdıra, daxili bazarda inflyasiya təzyiqi yarada bilər. Bu tarazlığı qorumaq üçün Yaponiyanın valyuta bazarına müdaxiləsi qaçılmaz olub.