Azərbaycanda istehlakçıların şikayətlərinin böyük hissəsi rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır.
Dövlət Xidməti: "Vitrin və kassa qiymətlərindəki fərqə görə müraciətlər rekord həddə çatıb"
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbaslı 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sübutlar olarsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti onları qeydə alaraq müvafiq tədbirlər görür.
"Ötən il qeydə alınan 83 halın 40-ı istehlakçıların aldadılması ilə bağlı olub. İstehlakçılar tərəfindən bizə daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır. Bu səbəbdən rəfdəki qiymətlə kassadakı qiymət uyğun gəlmədikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək sübutlar təqdim etməyi məsləhət görürürk", - o deyib.
Tərtib olunmuş protokolların sayı 2022-ci illə müqayisədə 6 dəfəyədək (15 protokol) artıb.
İl ərzində tərtib edilmiş protokollar üzrə bölgü isə aşağıdaki kimidir:
40 protokol :Malin (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması
15 protokol : İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi
10 protokol : Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazıı tələblərinin yerinə yetirilmamasi
9 protokol : Satılmış malların dəyişdirilməsi və ya geri qaytarıtması qaydalarının pozulması
4 protokol :Dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyan edilmiş qiymətdən fərqli qiymətə satılması
4 protokol : İctimai-iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tartib edilməməsi
1 protokol : İstehlakçıya düzgün məlumatın verilməməsi.