Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə və ondan sonra baş verənlər təkcə bu ölkələrin deyli, bütün regionun. Hətta dünyanın iqtisadiyyatına təsirini göstərəcək.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının «Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə “Bölgədə müharibə”— Bahar 2022» adlanan xüsusi hesabatında bildirilir.
Ukrayna iqtisadiyyatının bərpa planı - TƏQDİM EDİLİB
2022-ci ilin fevralında Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə başlayan müharibə insan həyatına dağıdıcı təsir göstərir, hər iki ölkədə iqtisadi dağıntılara səbəb olur və Avropa və Mərkəzi Asiya (AMA) regionunda və dünyanın qalan hissəsində əhəmiyyətli iqtisadi itkilərə səbəb olacaq.
Ukraynanın Xerson vilayətində - Rusiya Rublu İşləyəcək
Bu, son iki ildə regionda iqtisadi daralmaya səbəb olan ikinci böyük şokdur və 2022-ci ildə istehsalın 4,1 faiz - 2020-ci ildə COVID-19 pandemiyası zamanı baş verəndən də iki dəfə kəskin azalacağı proqnozlaşdırılır. Region ölkələri artım və ticarətin azalması, inflyasiya təzyiqləri, borcun davamlılığı ilə bağlı narahatlıqlar və yüksələn faiz dərəcələri səbəbindən 2021-ci ildə başlayan COVID-19-dan sonrakı bərpa prosesində onsuz da yavaşıma ərəfəsində idilər.
Rusiya-Ukrayna müharibəsinin ölkə turizminə təsiri - AÇIQLANIB
COVID-19 ilə bağlı iqtisadi əlaqələrdə pozuntular və artan geosiyasi gərginlik də narahatlıqlar arasında idi. Müharibə proqnozların bədbinləşməsini daha da gücləndirdi və münaqişənin iqtisadi təsiri əmtəə və maliyyə bazarları, ticarət və miqrasiya əlaqələri və investorların inamı da daxil olmaqla bir çox kanallar vasitəsilə hiss olunur.
BMT: Müharibə 47 milyon insanı - AC QOYA BİLƏR
Dünya Bankının 2022-ci il üçün proqnozlarına görə, Rusiya-Ukrayna müharibəsi sadəcə Rusiya (-11%) və Ukrayna (-45%) iqtisadiyyatlarını kiçiltməyəcək. Eyni zamanda, Rusiya ilə bərabər sanksiyalara məruz qalan Belarus iqtisadiyyatı (-6.5%), Rusiyadan göndərilən pul köçürmələrinin payı ÜDM-in 20%-dən çoxunu təşkil edən Qırğızıstan (-5%) və Tacikistan (-1.8%) iqtisadiyyatları da kiçiləcək.
Qonşuluqdakı AMA ölkələri, Rusiya və Ukrayna ilə güclü ticarət, maliyyə və miqrasiya əlaqələrinə görə əhəmiyyətli iqtisadi zərər görəcəklər. Rusiya enerji və sənaye metallarının əsas ixracatçısıdır və Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının 25 faizindən çoxunu təmin edirlər. Avropa xüsusilə Rusiya enerjisindən asılıdır, təbii qazın 47 faizi və neftin 25 faizi Rusiyadan idxal edilir.
Qrafik 1: Rusiyadan idxaldan ən çox asılı olan 10 ölkə (2018-2020)
ARM = Armenia; AZE = Azerbaijan; BLR = Belarus; FIN = Finland; FRO = Faroe Islands; GEO = Georgia; KAZ = Kazakhstan; KGZ = Kyrgyz Republic; GVC = global value chain; LTU = Lithuania; MDA = Moldova; MNG = Mongolia; PRY = Paraguay; SDN = Sudan; SUD = Sudan; TJK = Tajikistan; UZB = Uzbekistan.
Müharibənin taxıl və buğda bazarına təsiri
Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə buğdaya təlabatlarının 75 faizindən çoxunu Rusiya və Ukraynadan idxal hesabına ödəyirlər və Yaxın Şərq və Afrikanın bir çox ölkələri Rusiya və Ukraynadan buğda və digər malların idxalına güvənirlər ki, bu da ərzaq təhlükəsizliyinin pozulmasına səbəb ola bilər.
Qrafik 2: Rusiya və Ukraynadan taxıl idxalı
Təchizat qıtlığı və enerji və ərzaq məhsullarının yüksək qiymətləri region ölkələrinə, eləcə də dünyanın qalan hissəsinə təsir edərək inflyasiyaya təkan verəcək. Üstəlik, baxmayaraq ki, Rusiya və Ukrayna qlobal ixracın 3 faizindən azını təşkil edir, müharibə və sanksiyalar ticarət əlaqələrini sıradan çıxarmış, daşıma və sığorta xərclərini artırmışdır. Bu, qida, avtomobil, tikinti, neft-kimya və nəqliyyat da daxil olmaqla geniş spektrdə sənaye sahələrinə təsir edərək qlobal dəyər zəncirlərində mövcud gərginliyi artırır. Daha yüksək əmtəə qiymətləri ilə birlikdə qlobal dəyər zəncirlərində əlavə gərginliklər inflyasiya təzyiqlərini daha da artırır. Rusiya Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Baltikyanı ölkələrin bir çox ölkələri üçün kritik ixracat istiqamətidir və onların ixracının 10 faizindən çoxunu təmin edir.
"Biz heç vaxt material qiymətlərinin artımı baxımından belə bir şey görməmişik"
Bu göstərici Ermənistan üçün təxminən 25 faiz, Belarus üçün isə 40 faizdən çoxdur. Qırğızıstan və Tacikistan kimi bəzi Mərkəzi Asiya ölkələrində Rusiyadan pul baratları ümumi daxili məhsulun 30 faizə yaxınını təşkil edir.
Turizm sektoruna təsirlər
Rusiya və Ukraynalı turistlər Gürcüstan, Monteneqro və Türkiyə kimi turizmdən asılı olan ölkələr də daxil olmaqla, AMA ölkələrinin təxminən yarısında gələnlərin 10 faizindən çoxunu təşkil edir.
Hesabatda Rusiya və Ukrayna turistlərinin ətraf ölkələrin nəqliyyat və turizm sektorunda əhəmiyyəti göstərilir. Sənəddə deyilir ki, Ermənistan, Qırğız Respublikası, Tacikistan və Özbəkistana gələn təyyarə sərnişinlərinin yarıdan çoxu Rusiya və Ukraynanın payına düşür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Monteneqro, Qazaxıstan və Türkiyənin turizm sektorunda isə Ukraynalı turistlərin payı 15%-dən çoxdur.
Hesabatda bildirilir ki, fevralın 28-dən etibarən Rusiya öz həva məkanını 36 ölkənin, o cümlədən Avropa İttifaqı ölkələrinin şirkətləri üçün bağlayıb.
Müharibə və Rusiyaya qarşı maliyyə sanksiyaları bu ölkənin maliyyə sistemini ciddi şəkildə əngəlləyib və onun maliyyə öhdəliklərini yerinə yetirmək imkanlarını məhdudlaşdırıb, bununla da regionda və ondan kənarda maliyyə sistemlərinə təsir edib.
Qrafik 3: Region ölkələrinin Rusiya, Ukrayna və avro zonası ilə iqtisadi əlaqələri
Davam edən münaqişənin regionda investorların inamının daha da zəifləməsinə, vəsait axınına və valyutaların ucuzlaşmasına səbəb ola bilər. Yüksək cari hesablar kəsirinə və ya xarici valyuta ilə ifadə olunan, qeyri-rezidentlərin nəzarətində olan və ya qısamüddətli borcların yüksək payına malik olan ölkələr xüsusilə risk altındadırlar və onlar borcu qaytarmaqda çətinliklərlə və ya əhəmiyyətli dərəcədə yüksək borc xidməti öhdəlikləri ilə üzləşə bilərlər.
Müharibə həm də sabitliyi pozan qaçqın dalğasına səbəb olur
4 milyondan çox insan Ukraynadan qaçıb, onların yarıdan çoxu Polşaya, bir çoxu isə Macarıstan, Moldova və Rumıniyaya keçib. Qaçqınların sayının yaxın aylarda artacağı təxmin edilən bir şəraitdə, onları qəbul edən ölkələr qaçqınları yerləşdirmək problemini həll etməli olacaqlar. Potensialın gücləndirilməsi və əsas xidmətlərin göstərilməsini təmin etmək üçün əlavə maliyyə resursları və humanitar yardım çevik şəkildə səfərbər edilməlidir.
Müharibə tənəzzül və ərzaq qiymətlərinin inflyasiyası səbəbindən bölgədə yoxsulluğu artıracaq. Ukraynada artıq 6,5 milyon insanın məcburi köçkün olduğu təxmin edilir və əhalinin təxminən üçdə biri təcili humanitar yardıma ehtiyac duyur. Müharibənin regionun iqtisadi perspektivlərinə təsiri münaqişənin bundan sonra necə inkişaf edəcəyindən asılıdır.
Qarşıdakı aylarda həll yolu tapılarsa, itkilər cilovlana və bərpa başlaya bilər. Daha uzun sürən münaqişə insan və iqtisadi itkiləri artıra, siyasət qeyri-müəyyənliyini gücləndirə, regional inteqrasiyanı parçalaya və kritik ticarət və investisiya əlaqələrini poza bilər.
Bu çətin dövrdə siyasətçilər sabitliyi saxlamaq üçün makroiqtisadi siyasət buferlərini və institutlarını gücləndirməli; qaçqınlar da daxil olmaqla, ən həssas təbəqələri qorumaq üçün sosial müdafiə sistemlərini gücləndirməklə inklüziv və daha bərabər bərpanı təşviq etməli; və dayanıqlı gələcəyi təmin etmək üçün enerji səmərəliliyinin artırılmasına və yaşıl keçidə diqqət yetirməlidirlər.
İqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılması dövrümüzün ən aktual məsələlərindən biridir. Müharibə və ənənəvi enerji qiymətlərindəki sıçrayış bərpa olunan mənbələrin cəlbediciliyini və enerji sistemlərinin daha ucuz, daha təmiz və etibarlı enerjiyə keçidinin vacibliyini bir daha nümayiş etdirir. Enerji səmərəliliyinin artırılması, enerji istehlakında israfın azaldılması və texnoloji yeniliklərdən istifadə region iqtisadiyyatlarına müharibənin iqtisadi artıma təsirini azaltmağa imkan verə bilər.