Dövlət Statistika Komitəsi Azərbaycanda 2020-ci ilin 1-ci rübündə pərakəndə ticarət dövriyyəsi ilə bağlı göstəriciləri açıqlayıb.
FED.az xəbər verir ki, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, mart ayında, xüsusilə də ayın ikinci yarısından ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlər işə düşüb. Bununla yanaşı, ayrıca mart ayına nəzər saldıqda ticarət dövriyyəsinin nəinki azaldığını, hətta artmasını izləmək olar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, martda ölkə üzrə pərakəndə ticarət dövriyyəsi yanvar ayı ilə müqayisədə 10%, fevral ayı ilə müqayisədə isə 21,6% artaraq 3 milyard 383,6 milyon manat olub. Bu fevral ayınnı göstəricisindən 600 milyon manat artıqdır.
Pərakəndə ticarətin artımı özünü ilk növbədə ərzaq məhsullarına xərclənən vəsaitlərdə göstərib.
Belə ki, martda ərzağa 1 milyard 694,4 milyon manat xərcdənib ki, bu yenvardan 22%, fevralın göstəricisindən isə 34% artıqdır.
Ötən ay əhalinin elektrik malları və mebel alışları da əvvəlki ayları üstələyib. Ən maraqlı göstərici avtomobil yanacaı satışları ilə bağlıdır.
Martın ortalarından əvvəl bayram tətilləri, daha sonra isə sərt karantin tədbirlərinin işə düşməsi nəticəsində ölkə vətəndaşlarının avtomobillə hərəkət etmə imanları məhdudlaşdırılıb. Buna baxmayaraq rəsmi məlumatlara görə, mart ayında ölkədə 170 milyon manatlıq avtomobil yanacağı satılıb.
Bu yanvarın göstəricisindən 2,3%, fevraldan isə 17,4% artıqdır.
Digər qeyri-ərzaq məhsullarına xərclənən vəsaitlər də mart ayında 38%-ə yaxın artıb və 454 milyon manatdan 625 milyon manata yüksəlib.
Mart ayında iki maddə üzrə əhalinin xərclərinin azalması baş verib. Bunlardan birincisi içkilər və tütün məmulatlarının satışı – 7% azalaraq 151 milyon manata düşüb. Digər azalma toxuculuq məhsulları, geyim və ayaqqabılarda baş verib – fevrala nisbətən 22 milyn manat və ya 4,3%.
Məhsul qruplarının adları |
Yanvar |
Fevral |
Mart |
Pərakəndə ticarət dövriyyəsi |
3 075,6 |
2783,1 |
3383,6 |
ərzaq məhsulları |
1 378,2 |
1265,6 |
1694,4 |
içkilər və tütün məmulatları |
186,1 |
164,8 |
151,9 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
541,7 |
513 |
491,0 |
elektrik malları və mebellər |
184,3 |
168,2 |
175,9 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
21,2 |
21,0 |
21,4 |
əczaçılıq və tibbi mallar |
40,5 |
50,8 |
53,4 |
avtomobil yanacağı |
166,5 |
145,1 |
170,3 |
digər qeyri-ərzaq məhsulları |
557,1 |
454,6 |
625,3 |