Satışa və anbara işləyən şirkətlər
Yaxud anbarlardakı məhsul bolluğu nədən xəbər verir?
Dövlət Statistika Komitəsinin ölkənin sosial-iqtisadi inkişafına dair dövri bülletenlərində “hazır məhsul ehtiyatı” anlayışına tez-tez rast gəlmək olur. İqtisadiyyaatın rəqəmlər və qəliz terminlərlə dolu mövzularından yorulan insanlar üçün təkcə elə bu cansıxıcı ifadəni hansısa kitabda və ya məqalədə görmək kifayətdir ki, həmin kitabı (ya da məqaləni) üzüstə çevirsinlər.
FED.az xəbər verir ki, bizim statistikanın “hazır məhsul ehtiyatı” kimi təqdim etdiyi bu ifadənin əvəzinə bəzi ölkələrin statistikasında, ayrı-ayrı ədəbiyyatlarda “əmtəə-material ehtiyatı”, “anbar ehtiyatları” kimi sinonim sözlərdən də istifadə olunur. Amma sonda mahiyyət birdir – bu anlayış hesabat dövrünün sonuna istehsalçı müəssisələrin anbarlarında, topdan və pərakəndə satış şəbəkələrində mövcud olan əmtəələrin, həmçinin məhsul istehsalı üçün zəruri olan, lakin öz sahələri üçün son məhsul hesab olunan xammal və materialların həcmini göstərir.
Məsələn, 1 yanvar-31 dekabr 2017-ci il tarixdə Azərbaycanda 10 min ton kərə yağı istehsal olunub, amma 01 yanvar 2018-ci il tarixə həmin məhsulun 2 min tonu istehsalçı müəssisələrin anbarlarında, həmin müəssisələrin məhsulunu satan bütün növdən olan ticarət şəbəklərinin piştaxtalarında və anbarlarında qalıb. Deməli, il ərzində istehsal olunan bütün məhsulun 20%-i hazır məhsul ehtiyatı kimi növbəti ilə keçib.
Bəs bu darıxdırıcı görünən terminin bir iqtisadi göstərici kimi əhəmiyyəti nədir? Həddən artıq mühüm əhəmiyyəti var – hətta o qədər əhəmiyyətli ki, ABŞ kimi dünyanın superiqtisadiyyatına sahib ölkədə “Əmtəə-material ehtiyatları haqda” Hesabat aylıq çap olunur (ay bitəndən sonrakı 6 həftə ərzində). Təhlilçilər və investorlar bu hesabatla tanışlıq sayəsində təkcə iqtisadiyyatın hazırda hansı vəziyyətdə olduğunu deyil, yaxın perspektivdə hansı istiqamətdə inkişaf edə biləcəyini belə qiymətləndirmək üçün zəruri informasiyalar əldə edir.
Növbəti sual elə buradan doğur – bir iqtisadi göstərici kimi “anbar ehtiyatları” hansı sirli biznes-kodları özündə daşıyır ki, analitik çevrələr və investorlar ondan bəhrələnə bilir? Məsələ çox sadədir – ehtiyat anbarlar hansı sahənin məhsulları ilə doludursa və istehsalın sürətilə müqayisədə anbarların boşalma sürəti daha zəifdirsə, hər kəs özü üçün nəticə çıxarır: həmin sahənin (və ya konkret müəssisənin) səhmini və ya istiqrazını özündə daşıyan subyektlər, həmin məhsulların istehsalını kreditləşdirən banklar, vergi toplayacaq hökumət, maaş alan işçi, müəssinin əmlakını və risklərini sığortalayan sığortaçı, sahənin xammal təchizatçıları və s. neqativ siqnalı almış olur.
İndi mövzu ilə bağlı ikinci maraqlı sualı cavablandırmaq lazım gəlir: anbar ehtiyatlarının həcmi üçün yolverilən, məqbul hesab edilən bir hədd varmı? Əlbəttə var. İlk öncə qeyd etməyə dəyər ki, ümumiyyətlə anbar ehtiyatının olmaması da yolverilməzdir, çünki fors-major vəziyyətlərdə istehsalda fasilə yaranacağı tədqirdə müəssisə daimi müştərilərinə məhsul verə bilməzsə, onları birdəfəlik itirmiş olar. Lakin bu iqtisadi göstəricidən istər mikro, istərsə də makro səviyyədə qərarların qəbulunda əhəmiyyətıi dərəcədə faydalanan ABŞ-da ekspertlərin yanaşması budur ki, anbar ehtiyatları istənilən müəssisənin maksimum 1.5 aylıq satışına bərabə olmaıdır. Məsələn, müəssisə hər ay 1000 ədəd dəri gödəkçə sata bilirsə, anbar ehtiyatlarının həcmi elə tənzimlənməlidir ki, hesabat ilinin sonunda onun hazır məhsul qalığı 1500 ədəd ətrafında olsun.
Qısa desək, istənilən müəssisə il (ay) ərzində istehsal etdiyi məhsulun ən azı 85%-ni satıb, maksimum 15%-ni anbar ehtiyatı kimi saxlamağa nail ola bilirsə, bunu biznesin işinin ideal qurulduğunu əks etdirən mühüm göstəricilərədn biri kimi gözdən keçirmək mümkündür.
Tarixən belə olub: anbarlarda yolverilən hədlərdən yüksək miqyasda hazır məhsul ehtiyatları qalırsa, bu sonda iqtisadi böhranın və ya ayrıca götürülmüş sahənin enişi ilə nəticələnir. Anbarlarda yüksək məhsul sıxlığının yaranması sifarişlərin azalmasını siqnal verən göstəricilərdən biridir. Bu zəncirvari bir prosesdir – sifarişlər ixtisar olunursa, müəssisələr əvvəlki sayda işçi saxlamaqda, götürdüyü kreditləri qaytarmaqda, büdcə qarşısında vergi öhdəliyini yerinə yetirməkdə zorlanır. Əksinə anbarların sürətlə boşalması yeni sifarişlərin çoxalmasının, iqtisadi dirçəlişin müjdəçisidir.
İndi qayıdaq Azərbaycan reallığına və DSK-nın bülletenlərdəki “hazır məhsul ehtiyat”ları ilə bağlı məlumatlara. ABŞ-da ekspertlərin orta hesabla 1.5 aylıq satış həcminə ekvivalent məbləği anbar ehtiyatı üçün yolverilən hədd saymasını məqbul bir standart kimi qəbul etsək, bizdə real durum necədir? Hansı sahələr və ya konkret məhsullar üzrə anbar ehtiyatını kritik saymaq olar? Bu günlərdə DSK-nın 2017-ci il üzrə açıqladığı statistik bülletendəki məlumatlar əsasında müxtəlif sahələr və bəzi məhsul növləri üzrə anbar ehtiyatları ilə bağlı ilin nəticləri üzrə reytinq hazırlamaq mümkündür. Real vəziyyəti daha aydın görmək üçün əvvəlcə bəzi məlumatlarla aşağıdakı cədvəldə nəzər yetirmək vacibdir.

Məhsul növləri | 2017-ci ildə istehsal olunan məhsul həcmi | 2017-ci ilin sonuna anbar ehtiyatlarının həcmi | İlin sonuna mövcud olan anbar ehtiyatlarının həcminin il ərzində istehsal həcmində payı, % |
Xalça və xalça məmulatları, kv.m | 564.5 | 1222.6 | Istehsal həcminin 2.2 misli |
Dəri, min kv.m | 32.1 | 140 | Istehsal həcminin 4.3 misli |
Ayaqqabı, min cüt | 196.5 | 27.3 | 13.9 |
Avtomobil benzini, min ton | 1215.1 | 65.8 | 5.4 |
Dizel yanacağı, min ton | 1895.7 | 47.6 | 2.5 |
Üzüm şərabı, min dkl. | 1020.1 | 985.7 | 96.6 |
Araq, min dkl. | 549.2 | 65.3 | 11.9 |
Fermentləşdirlimiş tütün, ton | 3415.6 | 0 | 0 |
Hazır pambıq parçalar, min kv.m | 16830.2 | 1377.8 | 8.2 |
Üst trikotaj, min ədəd | 280.2 | 1.2 | 0.4 |
Polietilen, min ton | 93.2 | 3.3 | 3.5 |
Propilen, min ton | 48.5 | 2.3 | 4.7 |
Lak-boya məmulatları, ton | 9817 | 151 | 1.5 |
Bərk polietilen borular, ton | 8759 | 3897 | 44.5 |
Sement, min ton | 2881 | 89.2 | 3.0 |
Tikinti əhəngi, min ton | 29795.4 | 36 | 0.12 |
Çuqun tökmə, min ton | 322 | 256 | 79.5 |
Polad tökmə, min ton | 387.3 | 2.5 | 0.64 |
1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri, ton | 4467 | 3798 | 85 |
1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri, ton | 625.7 | 4168 | Istehsalın 6.6 misli |
Məişət soyuducuları, ədəd | 2194 | 1432 | 65.2 |
Minik avtomobilləri | 30 | 116 | Istehsalın 3.9 misli |
Pendir və kəsmik, ton | 53974.4 | 67.1 | 0.12 |
Kərə yağı, ton | 25295.1 | 2.5 | 0.0001 |
Marqarin, ton | 51704.7 | 617 | 1.2 |
Duru bitki yağları, ton | 55567 | 384.4 | 0.7 |
Qənd və şəkər tozu, ton | 228100 | 8400 | 3.7 |
Rəsmi statistikanın məlumatlarından aydın görünür ki, bir sıra sahələrdə, məsələn, qida sənayesində məhsulların anbarlarda yığılıb qalması problemi ümumiyyətlə yoxdu. Lakin geyim, məişət avadanlıqları, metallurgiya, spirtli içkilər və toxuculuq sənayesində ayrı-ayrı məhsulların anbar ehtiyatlarının həcmi ABŞ-da qəbul edilmiş yolverilən həddlə (ilin sonuna illik ümumi satış və ya istehsal həcminin təxminən 13%-i) müqayisədə həddən artıq yüksəkdir.
Məsələn, 2017-ci il üzrə illik istehsal həcminin xalça və xalça məmulatları üzrə istehsalın 2.2 misli, dərinin 4.3 misli, üzüm şərabının 96.6%-i, bərk polietilen boruların 96.6%-i, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin 85%-i, 1 KV-daan çox gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin 6.6 misli, məişət soyuducularının 65.2%-i, minik avtomobillərinin 3.9 misli, tökmə çuqunun 79.5%-i qədər hazır məhsul ehtiyatları ilin sonuna anbarlarda qalıb.
Böyük həcmli anbar ehtiyatları konkret məhsul növləri və sahələr üzrə məhsulun istər ölkə daxilində satış, istərsə də ixrac imkanlarının zəif olduğunu ehtimal etməyə imkan verir. Ən azı son 2-3 il üzrə təhlil aparıldıqda, vəziyyətin dəyişmədiyi üzə çıxarsa, bu vəziyyət qeyd olunan məhsul növləri üzrə yaxın perspektiv üçün istehsalın ixtisarının davam edəcəyi, hətta qısa müddətddə satış problemləri həll edilməzsə, bəzi məhsul növlərinin istehsalının tamamilə dayana biləcəyi ilə bağlı proqnozların ortaya atılmasına səbəb ola bilər.
FED.az Təhlil Qrupu