Azərbaycanda əmək haqları ilə bağlı yeni məlumatlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il aprelin 1-i vəziyyətinə ölkədə muzdla (rəsmi müqavilə ilə) çalışan işçilərin sayı 1 milyon 797,6 min nəfər olub, onlardan 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 13,8 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2026-cı ilin yanvar-mart aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 1151,5 manat təşkil edib.







![Neft-qaz çıxaranların orta maaşı - [red]4500 MANATI KEÇDİ - SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/3444599.jpg)
![Neft-qaz çıxaranların orta maaşı - [red]4500 MANATI KEÇDİ - SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/1448477.jpg)








